Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu


Siqaret haqqında dini hökm



Yüklə 6,87 Mb.
səhifə150/173
tarix01.01.2022
ölçüsü6,87 Mb.
#103654
növüXülasə
1   ...   146   147   148   149   150   151   152   153   ...   173
Siqaret haqqında dini hökm
Din alimlərimiz siqaret çəkmək barəsində açıq və qəti hökmlər olmadığına görə, içki kimi bu pis vərdiş haqqında müəyyən bir söz söyləyə bilməmişdirlər. Buna baxmayaraq, müqəddəs dinimizin siqaret çəkməyə də yaxşı gözlə baxmadığı aydındır.

Məlumdur ki, insan bədəni Yaradan tərəfindən ona bir nemət olaraq verilmişdir. Hər bir kəs bu gözəl nemətdən necə istifadə edəcəyi barədə hesabat verəcəyini yaxşı bilməlidir. Nikotin də insan orqanizmi üçün zərərli olan maddələrdən biri olduğuna görə, hər hansı bir siqaret çəkənin bu baxımdan məsuliyyət daşıdığı aydındır. Bundan başqa, məsələnin bir də maddi tərəfi vardır. Hər şeydən əvvəl, siqaret olduqca yüksək bir qiymətə satılır. Bu hesab hər ay müəyyən bir məbləğdə olur ki, həmin pul da zəruri ehtiyaclardan kəsilərək siqaretə verilir. Bu da, şübhəsiz ki, Quran ayələrindən birində deyilən “…Yeyiniz, içiniz, israf etməyiniz. Çünki (Allah) israf edənləri sevməz!” (əl-Əraf, 7/31) fikri ilə ziddiyyət təşkil edir.

Bundan əlavə, Peyğəmbərimiz (s.ə.v.) müxtəlif hədisi-şəriflərində insan səhhətinin qiyməti üzərində də dayanmışdır. Məsələn:

1. “Insanların çoxunun başa düşmədiyi və qiymətini düzgün təqdir etmədiyi iki nemət vardır: bədənin sağlamlığı və boş vaxt”.

2. “Iman müstəsna olmaqla, heç bir kimsəyə sağlamlıqdan daha xeyirli bir nemət verilməmişdir”.

3. “Alahın qulu qiyamət günündə, dörd şeydən hesabat vermədikcə, Hüzuru-Rəbbil-Aləmindən ayrıla bilməz: bunlardan birincisi, öz ömrü barədə hesaba­tıdır. Yəni ömrünü nəyə həsr etdiyini göstərməlidir. Ikin­cisi, elmindən və elmi ilə nə iş gördüyündən hesa­bat verməlidir. Üçüncüsü, malını nəyə sərf etdiyini, dördüncüsü isə canına necə baxdığını söyləməlidir”.

4. “Sağlamlıq qaydalarına riayət edərək qüvvətli olan mömin həmin qaydalara əməl etmədiyi üçün gücsüz və zəif düşmüş mömindən Allah qarşısında daha xeyirli və daha sevimlidir”.

Hədisi-şəriflərdən də göründüyü kimi, hər bir insan öz səhhətini qorumalıdır. Daha doğrusu, hər bir şəxs orqanizmi zəhərləndirən və ona pis təsir edən hər şeydən çəkinmək məcburiyyətindədir. Siqaret və papiros da, şübhəsiz ki, bu hökmün xaricində deyildir.

Peyğəmbərimiz (s.ə.v.) başqa bir hədisi-şərifində də buyurmuşdur: “Müsəlman əlindən və dilindən digər müsəlmanların incimədiyi bir insandır”. Belə ki, şəhərlərarası avtobuslarda və yaxud ümumi bir yığın­caqda siqaret çəkən bir şəxs digər siqaret çəkməyənləri də müəyyən bir dərəcədə zəhərləyir. Bu, onun siqaret çəkməyən digər mömin qardaş və bacılarına əziyyət verməsi deyil, bəs nədir? Qul haqqının axirətdə hesabını verməyin ən çətin bir iş olduğu isə hamımıza yaxşı məlumdur.

Burada Türkiyə Diyanət Işləri Başqanlığı Din Işləri Yüksək Kurulunun bir qərarını verərək mövzunu bitirmək istəyirik: “Siqaret və ya papiros çəkməyin qırtlaq, eləcə də ağciyər xərçəngi başda olmaq üzrə bir çox digər xəstəliklərə səbəb olduğu mütəxəssislər tərəfindən müəyyənləşdirilmişdir. Bundan başqa, dinimiz də hər hansı bir şəxsin özünə və başqa birisinə zərər, yaxud əziyyət verməsini, eləcə də israfçılığı haram etmişdir. Bəzi din alimləri siqaret və ya papiros çəkməyin istər çəkənə, istərsə də ətrafdakılara olan zərərini, əziyyətini, eləcə də israfçılığı nəzərə alaraq, onun haram olduğunu söyləmişdirlər. Siqaret çəkmək haqqında dinimizdə qəti bir hökm olmadığından, bəzi alimlər onu «məkruh» hesab etmişlər. Buna görə də siqaret çəkməyin ən azından məkruh olduğuna heç şübhə yoxdur. Istifadə edilməsi haram və ya məkruh olan bir şeyin satışı da eyni dərəcəyə aid olur”.

Unutmayın ki, yalnız özünüzü deyil, ailənizi, birlikdə çalışdığınız iş yoldaşlarınızı və hətta eyni bir avtobusda sizinlə birlikdə yol gedən vətəndaşları belə siqaretin tüstüsü ilə zəhərləyirsiniz. Bir sözlə, başqala­rının haqqını əlindən alırsınız. Siz heç siqareti tərgitməyi düşündünüzmü?
Qurani Kərim” ticarət haqqında
Kitabda qida məhsullarının əsas qrupları və geniş çeşidi, onların halal və haram olması, keyfiyyəti və qidalanmada rolu haqqında söhbət açılır. Lakin unutmamalıyıq ki, bütün qida məhsulları müxtəlif insanlar tərəfindən hazırlanır və mübadilə yolu ilə bir-birinə ötürülür. Bu mübadilə hələ qədimdən mövcud olan alver, başqa sözlə ticarət yolu ilə həyata keçirilir. Məhz buna görə Islamda, “Qurani-Kərim”in ayələrində və Peyğəmbərimizin (s.ə.v.) hədislərində insanlar təkidlə ticarət fəaliyyəti ilə məşğul olmağa çağırılır. Məhəmməd Peyğəmbərin (s.ə.v.) həyatı haqqında oxuduqlarımızdan məlumdur ki, Rəsulullah (s.ə.v.) ilk dəfə əmək fəaliyyətinə başlayarkən Xədicə anamızın tacirləri ilə birlikdə dəvə karvanlarında ticarət etməyə yollanmışdır. Rəvayətə görə Peyğəmbərimiz (s.ə.v.) bu işə ilk dəfə başladığından, başqa məmləkətlərə aparılan mallar daha tez və nisbətən baha qiymətə satılmaqla yüksək qazanc əldə edilmişdir.

Bu məqsədlə Islamda səfər və səyahətlər etmək, eləcə də ticarətlə məşğul olmaq tövsiyə edilir. Bununla da “Allahın mərhəmətini axtarmağa” insanları dəvət edir. Böyük yaradan səyahət edən tacirləri Onun yolunda savaşanlarla müqayisə edir.

“Qurani-Kərim”-də buyurulur:

“…Qurandan sizə müyəssər olanı oxuyun. (Allah) bilir ki, içərinizdə xəstələr də olacaq, bəziləri Allahın lütfündən ruzi axtarmaq üçün (ticarət məqsədilə) yer üzünü gəzib dolaşacaq, digərləri isə Allah yolunda vuruşacaqdır (cihada gedəcəkdir)…” (əl-Muzəmmil, 73/20).

Allah Təbarəkə-Təala “Qurani-Kərim”də insanları daxili və xarici ticarətə təşbiq edərkən, onlara dəniz yollarından istifadə etməyi məsləhət görür və buyurur:

“…Onun (Allahın) lütfündən (nemətindən) ruzi diləyib axtarmağınız (ticarət etməyiniz) üçün gəmilərin də orada (suyu) yara-yara üzdüyünü görürsən. (Bütün bunlara görə), bəlkə (Allaha) şükr edəsiniz” (Fatir, 35/12).

Daha sonra “Qurani-Kərim”də buyurulur:

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfinə yaymasında, küləyin bir səmtdən başqa səmtə əsməsində, göylə yer arasında (Allahın hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır” (əl-Bəqərə, 2/164).

Islamın meydana gəldiyi ilk dövrdən bu günə kimi tacirlər həcc ziyarəti zamanı ticarət etməyin, onların ziyarətinin səmimiliyinə və dualarının təmizliyinə, xətər gətirəcəyinə şübhə edir, qorxudurlar və qorxurlar. Bu barədə “Qurani-Kərim”də buyurulur:

“(Həcc mövsümündə) Rəbbinizdən (ticarətlə) ruzi diləməniz sizin üçün günah deyildir. Ərəfatdan qayıdarkən Məşərülhəramda Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua edin), çünki siz bundan əvvəl (doğru yolu) azanlardan idiniz! (əl-Bəqərə, 2/198).

Lakin bu zaman (yəni Həcc ziyarəti zamanı) Allahı unutmamalı, Onun ehkamlarını, yerinə yetirmək vacibdir. Bu barədə “Qurani-Kərim”də buyurulur:

O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günündən) qorxarlar” (ən-Nur, 24/37).

Başqa ayələrdə buyurulur:

Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir” (ən-Nisa, 4/29).

“…Artıq sizə Rəbbinizdən aşkar bir dəlil (möcüzə) gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini (və ya onların haqqını) azaltmayın…” (əl-Əraf, 7/85).

Ölçəndə ölçüdə düz olun, (çəkəndə) düzgün tərəzi ilə çəkin. Bu (sizin üçün) daha xeyirli və nəticə etibarılə daha yaxşıdır!” (əl-Isra, 17/35).

Bu ayəti - kərimələrdən məlum olur ki, Rəbbimiz insanlara ölçüdə və tərəzidə düz olmağı buyurmaqla yanaşı, malların dəyərini və alıcıların haqqını azaltmamağı da göstərir.

Belə rəvayət olunur ki, ulu Peyğəmbərimiz (s.ə.v) bir gün bazarda dolaşarkən taxıl (buğda, arpa) satan birinə rast gəlir. Taxıl xoşuna gəlir. Əlini taxıl kisəsi­nin içinə soxub baxdıqda alt hissənin yaş odduğunu hiss edir. “…Bu nə hal” deyə soruşur. Adam: Üzərinə yağış yağdığından yaş olmuşdur. Bunun üzərinə Həzrəti Peyğəmbər (s.ə.v.): “O yaş hissəni üstə qoy ki, hər kəs görsün. Bizi aldadan bizdən deyildir”, buyurur.

Bu mənada 14 əsr öncə çox deyilib. Satıcılar satdıqları malın həqiqi durumunu (keyfiyyətini) alıcılara doğru-düzgün bəyan etməlidirlər.

Ulu Peyğəmbərimiz (s.ə.v.) bu xüsusda demişdir: “Satıcılar doğru olub və satdıqları malın durumunu olduğu kimi bəyan edərlərsə, satdıqlarının bərəkətini görərlər. Doğruluqdan uzaq olarlarsa və malın qüsurunu söyləməzlərsə, bir qazanc əldə etsələr belə, satdıqlarından xeyir və bərəkət görməzlər”.

“Qurani-Kərim”in ər-Rəhman surəsində buyurulan Allah kəlamları həm dünyanın ədalət tərəzisindən və həm də ticarətlə məşğul olanlara bir tövsiyə, göstəriş verilməklə insafı əldən verməmək məsləhət görülür.

Ayələrdə buyurulur:

Göyü O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!”.

Ona görə ki, çəkidə həddi aşmayasınız (insafı əldən verməyəsiniz)”.



Tərəzini düz tutun, çəkini əksiltməyin! (Çəkidə insaflı olun, tərəzini korlamayın!) (ər-Rəhman, 55/7-9).

Ayələrdən məlum olduğu kimi, Allah-Təbarəkə-Təala insanları hər sahədə ədalət tərəzisinə uyğun hərəkət etməyi buyurmuşdur.

Peyğəmbərimizin (s.ə.v.) tacirlər barədə hədislərində deyilir: “Vicdanlı, doğru, düz və etibar qazanmış tacirlər qiyamət günündə Allah yolunda canını vermiş şəhidlərlə bir yerdə olacaqlar. Onlar peyğəmbərlərlə, müqəddəs şəxslərlə birgə olacaqlar”.

Biz Ulu Peyğəmbərimizdən onun əshabələrinin bu barədə söylədikləri hədislərə də nəzər salmaq istərdik.

Cabirdər (A.o.r.): Biz Peyğəmbər (s.ə.v.) ilə namaz qılarkən, bir də baxıb gördük ki, Şamdan buğda ilə yüklənmiş karvan gəldi. O saat qaçıb ona tərəf getdilər. Peyğəmbərlə (s.ə.v.) on iki nəfərdən başqa heç kim qalmadı. Bununla əlaqədar: “Bir ticarət və ya bir əyləncə görən kimi o saat hər tərəfdən tökülüşüb oraya yığışmayın!” - mənasını verən ayə nazil oldu.

Əbu Hureyrədən (A.o.r.): Peyğəmbər (s.ə.v.) buyurmuşdur: “Bəşəriyyətin elə bir zamanı gələcək ki, insan aldığının halal və ya haram (olduğuna) baxmayacaq”.

Doğrudan da bu günümüzdə marketlərdə satılan çoxçeşidli ərzaq məhsullarının mənşəyinə, harada və necə istehsal edildiyinə, halal və haram olduğuna varmadan insanlar öz tələbatlarını ödəmək üçün malın zahiri görünüşünə və keyfiyyətinə görə istənilən məhsulları alıb istehlak edirlər. Insan hansı malı (ərzağı) aldığını, nə vaxt, necə və nə yediyini bilməli və daim buna özü nəzarət etməlidir.


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin