(kkal/kCoul)
1.
|
Fiziki əməklə əlaqəsi olmayan peşə sahibləri üçün
|
3000-3200/12570-13468
|
2.
|
Mexanikləşdirilmiş əməklə məşğul olan peşə sahibləri üçün
|
3500/14668
|
3.
|
Mexanikləşdirilməmiş və ya qismən mexanikləşdirilmiş əməklə məşğul olan peşə sahibləri üçün
|
4000/16760
|
4.
|
Mexanikləşdirilməmiş ağır əməklə məşğul olan peşə sahibləri üçün
|
4500-5000/18855-20950
|
Ərzaq mallarının enerji dəyəri kkal və ya kCoulla (1 kkal 4,184 kCoula müvafiqdir) ifadə olunur.
Əvvəllər belə hesab edilirdi ki, insan orqanizmində zülalın və həzm olan karbohidratların 1 q-nın oksidləşməsindən 4,1 kkal (17,2 kCoul), 1 q yağın oksidləşməsindən isə 9,3 kkal (38,9 kCoul) enerji ayrılır. Müasir dövrdə müəyyən edilmişdir ki, karbohidratların enerji dəyəri zülalların enerji dəyərindən azdır. Ayrı-ayrı maddələrin oksidləşməsi zamanı ayrılan enerjinin miqdarı müxtəlifdir.
1 q zülal 4,0 kkal (16,7 kCoul), 1 q karbohidrat 3,75 kkal (15,7 kCoul) və 1 q yağ 9,0 kkal (37,7 kCoul), 1 q üzvi turşu orta hesabla 3,0 kkal (12,54 kCoul) enerji verir. Ərzaq mallarının tərkibi məlum olarsa, onun verəcəyi enerjinin miqdarını asanlıqla hesablamaq olar. Belə ki, pasterizə olunmuş südün tərkibində 2,8% zülal, 3,2% yağ və 4,7% şəkər vardır. Onda 100 q südün enerjivermə qabiliyyəti belə hesablanır: 2,8 x 4,0 kkal = 11,1 kkal və ya 2,8 x 16,7 kCoul = 45,9 kCoul + 3,2x9,0 kkal = 28,8 kkal və ya 3,2 x 37,7 kCoul = 120,6 kCoul + 4,7 x 3,75 kkal = 17,6 kkal və ya 4,7 x 15,7 kCoul = 73,7 kCoul. Deməli, 100 q süd orqanizmə 57,5 (11,1+28,8+17,6) kkal və ya 240,2 (45,9+120,6+73,7) kCoul enerji verir.
Əgər sutkalıq qida rasionunda 80,0 q zülal, 500,0 q karbohidrat və 80,0 q yağ olarsa, onda belə rasionun ümumi enerji dəyəri belə olar: 80,0 x 4,0 kkal = 320,0 kkal və ya 320,0 x 4,184=1338,9 kCoul + 80,0 x 9,0 kkal = 720 kkal və ya 720 x 4,184 =3012,5 kCoul + 500 x 3,75 kkal = 1875 kkal və ya 1875 x 4,184=7845,0 kCoul. Deməli, sutkalıq qida rasionu orqanizmə 2915 (320+720+1875) kkal və ya 12196,4 (1338,9 + 3012,5 + 7845,0) kCoul enerji verir.
Ərzaq mallarının bu qayda üzrə hesablanan enerji dəyəri nəzəri enerji adlanır. Bu zaman enerji verən bütün maddələrin orqanizmdə tam həzmə getməsi nəzərdə tutulmuşdur. Ancaq qidanın ayrı-ayrı komponentləri orqanizmdə tam həzm olmur. Belə ki, heyvanat mənşəli zülallar 81-93%, bitki mənşəli zülallar isə 60-80% həzm olur. Südün və ətin yağı orqanizmdə 95% həzm olur. Bitki mənşəli karbohidratlar 85-99%, südün karbohidratları isə 98% həzmə gedir. Ərzaq malının verəcəyi real kaloriliyi (enerjini) hesablamaq üçün müxtəlif ərzaqlarda olan enerji verən ayrı-ayrı maddələrin faktiki həzmi nəzərə alınmalıdır. Bunun üçün enerji verən ayrı-ayrı maddələrin nəzəri enerji dəyərini onların həzm faizinə vurub 100-ə bölürlər. Başqa sözlə enerji verən maddələrin nəzəri kaloriliyini həzm əmsalına vurmaq lazımdır. Əgər zülalın orqanizmdə mənimsənilməsi 95 faizdirsə, onda hesablanmış nəzəri kaloriliyin miqdarını (95 :100)=0,95 əmsalına vurmaq lazımdır. Nəticədə qidanın real kaloriliyi müəyyən olunur.
Məs. Nəzərə alsaq ki südün tərkibində olan zülallar orqanizmdə orta hesabla 90%, yağlar 95%, karbohidratlar isə 98 faiz mənimsənilir, onda yuxarıdakı qayda üzrə nəzəri kaloriliyi müəyyən edilmiş 100 q südün real kaloriliyi aşağıdakı kimi hesablanır.
Zülalın real kaloriliyi: 11,1 kkal x 0,90 = 9,99 kkal və ya,45,9 kCoul x 0,90 = 41,31 kCoul. Yağın real kaloriliyi: 28,8 kkal x 0,95 = 27,36 kkal və ya, 120,6 kCoul x 0,95 = 114,57 kCoul. Karbohidratların real kaloriliyi: 17,6 kkal x 0,98 = 17,25 kCoul və ya, 73,7 kcoul x 0,98 = 72,23 kCoul. Deməli, 100 q süd orqanizmə 54,6 (9,99+27,36+17,25) kkal və ya 228,1 (41,31+114,57+72,23) kCoul real enerji verir. Real kalorilik nəzəri kalorilikdən həmişə azdır.
Ərzaq mallarının həzmi, onların fiziki xassələrindən və kimyəvi tərkibindən, dadından və iyindən, boya və ətir verən maddələrin olmasından asılıdır. Bunlardan başqa qidanın həzminə onun görünüşü, insan zövqünə oxşarlığı da təsir göstərir.
Insana lazım olan gündəlik enerjini və orqanizmdə gedən bütün proseslərin normallığını təmin etmək üçün hər gün müəyyən miqdar qida maddələri qəbul olunması vacibdir. Orqanizmə lazım olan maddələrin qida rasionunda çatışmaması insanın sağlamlığına mənfi təsir göstərir. Odur ki, əsas qida maddələrinin fizioloji norması, onların kəmiyyət və keyfiyyətcə tərkibi, səmərəli qidalanmanın prinsipləri müasir elmi tələblər səviyyəsində izah edilir. 2 saylı cədvəldə orta yaşlı insanın əsas qida maddələrinə gündəlik tələbatı haqqında təsdiq olunmuş qida normaları verilmişdir.
Bu qida maddələri normalarını təmin etmək üçün insan gün ərzində müxtəlif miqdarda ərzaq məhsulu qəbul etməlidir. Ərzaq məhsullarının gündəlik (və ya illik) norması milli xüsusiyyətlərdən, insanın yaşından, həyat tərzindən və digər amillərdən asılıdır. Azərbaycan üzrə ayrı-ayrı ərzaq məhsullarının istehlakı normadan fərqlənir. Milli ənənələrdən asılı olaraq respublika əhalisi çörək məhsullarını fizioloji normadan artıq istehlak edirlər. Ət, süd və balıq məhsullarının istehlakı isə fizioloji normadan bir qədər azdır. Rusiya Səhiyyə Nazirliyinin müəyyən etdiyi qida məhsullarının gündəlik istehlak norması orta yaşlı insanın gündəlik sərf etdiyi 2800-2950 kkal enerjini təmin edir. Gün ərzində 80-90 q zülal, 100-105 q yağ və 380-385 q karbohidrat istehlakını təmin etmək üçün hər gün 3 saylı cədvəldə göstərilən miqdarda müxtəlif ərzaq məhsulları istehlak edilməlidir.
Dostları ilə paylaş: |