Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu


Əti yeyilən və yeyilməyən heyvanlar



Yüklə 6,87 Mb.
səhifə19/173
tarix01.01.2022
ölçüsü6,87 Mb.
#103654
növüXülasə
1   ...   15   16   17   18   19   20   21   22   ...   173
Əti yeyilən və yeyilməyən heyvanlar
Əti yeyilən və yeyilməyən heyvanlar: suda yaşa­yanlar, quruda yaşayanlar və suda-quruda yaşayanlar olmaq üzrə üç yerə bölünür.

1. Yalnız suda yaşayan heyvanlar. Balıq da daxil olmaqla suda yaşayan bütün heyvanların əti yeyilir. Hənəfi məzhəbində balıqdan başqa suda yaşayan digər heyvanların əti yeyilməz. Ancaq suda öz-özünə ölüb su üstündə tərsinə yatan heyvan, balıq belə olsa, yeyilməz.

2. Yalnız quruda yaşayan heyvanlar. Quruda yaşayan heyvanlar üç yerə bölünür:

Birincilər: çəyirtkə, milçək, qarışqa, hörümçək, arı, əqrəb və başqa zəhərli həşəratlar kimi heç qanı olma­yan­lardır. Bunlardan sadəcə çəyirtkə yeyilə bilər, digər­lə­ri yeyilə bilməz. Çünki bunlar insanın iyrəndiyi varlıq­lar­dır.

Ikincilər: ilan, kərtənkələ, gənə, bit və siçan kimi yer həşəratları, kirpi, yabanı siçan və bunun kimi qanı axmayan heyvanlardan ibarətdir. Bunlar zəhərli ol­duğu, insanların iyrəndiyi və Peyğəmbərimiz tərəfin­dən öldürülməsi əmr edildiyi üçün yeyilməz.

Üçüncülər: qanı axan heyvanlardır. Bunlar da əhilləşdirilmiş və vəhşi olmaq üzrə iki yerə bölünür. Əhilləşdirilmişlərdən dəvə, inək, camış, keçi, toyuq, qaz, ördək, göyərçin halaldır, əti yeyilə bilər.

Qatırla eşşəyin əti yeyilmir. Atın əti yeyilə bilər, an­­caq bu heyvan minik vasitəsi olduğu və ondan mü­ha­ribələrdə istifadə olunduğu üçün yeyilməsi məkruh­dur.

It və samurun əti yeyilmir.

Vəhşi heyvanlara gəlincə, onlardan: aslan, pələng, qurd, ayı, fil, meymun, pars və çaqqal kimi kəsici diş­ləri olan və yırtıcı heyvanlarla birlikdə şahin, tərlan, qar­tal və bayquş kimi pəncələri ilə ov edən heyvanların əti yeyilmir.

Kəsici dişləri və yırtıcı pəncələri olan bu heyvan­lardan başqa vəhşi maral, vəhşi inək və eşşək kimi heyvanların əti yeyilir.

Dovşan əti halaldır. Bunun kimi yırtıcı pəncələri olmayan göyərçin, sərçələrin bütün növlərinin, durna və buna bənzər yabanı quşların da əti yeyilir.


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin