Suyun temperaturu. Suyun özünəməxsus dadı temperaturdan asılıdır. Konkret istilik dərəcəsi söylənməsə də, ümumi olaraq içməli suyun temperaturu standartlara (Azərbaycan Respublikasında içməli suyun keyfiyyət göstəriciləri QOST 2874-82-nin tələblərinə uyğun təmin edilir) görə 7-110C arasında olmalıdır. Daha isti sular dadsız ola bilir və temperaturu 200C-dən artıq olduqda ürək bulandırır. Soyuq sular isə mədə-bağırsağın selikli qişasının iltihablaşmasına zəmin yaradır və bağırsaqda qidanın hərəkət etməsini məhdudlaşdıraraq sancıya səbəb olur.
Suyun rəngi haqqında qərar verə bilmək üçün suya ancaq süzüldükdən sonra baxılmalıdır. Suyun rəngi əsasən orada asılı halda mövcud olan üzvi və qeyri-üzvi maddələrdən, eləcə də istehsalat sularında həll olmuş kimyəvi boyaların olmasından irəli gəlir. Az miqdarda su rəngsizdir, qalın təbəqə halında isə təbii olaraq rəngi mavi çalarlıdır. Içməli su rəngsiz, qoxusuz və dadsız olmalıdır.
Suyun qoxusu. Yaxşı xüsusiyyətlərə sahib olan içməli su qoxusuzdur. Suyun qoxulu olmasına bir çox amillər səbəb olur. Suya qoxu verən amillər mikroorqanizmlərin fəaliyyəti, ishal və sidik qarışması, üzvi maddələrin ayrılması, istehsalat və bu kimi müxtəlif tullantıların qarışması ola bilər. Eyni zamanda, dərin yeraltı sularda sulfatların ayrılması ilə əmələ gələn kükürdlü hidrogen, suların içində yaşayan yosunlar, müxtəlif mikroorqanizmlər və bəzən də suların nəql edilmələrində istifadə olunan boru və qablar da sudan qoxu gəlməsinə səbəb olur. Suların dezinfeksiyasında istifadə olunan xlor və yod da suya özünəməxsus qoxu verir. QOST 2874-82-yə görə, qoxu 5 ballı sistemlə ölçülür və içməli suyun qoxusu 2 baldan çox olmamalıdır.
Suyun dadı. Suyun dadı suda həll olmuş oksigen (O2) və karbon (CO2) qazının tərkibindəki digər kimyəvi maddələrə və suyun istiliyinə, ya da soyuqluğuna görə dəyişir. Suyun turş, acı, duzlu ya da dadsız olmaması arzu edilir. Su dadını dəyişdirməməli, içildiyi zaman boğazda quruluq, qıcıqlanma və mədəyə ağırlıq verməməlidir. Içməli suyun keyfiyyəti və dadı tərkibindəki həll olmuş oksigen və karbon qazının miqdarından asılıdır. Belə ki, 1 litr suda 20-50 mq qədər qaz ola bilir. Bunun yarısı CO2, digər yarısının üçdə biri oksigen və üçdə ikisi də azotdur.
pH dərəcəsi. pH suyun turşuluğunu və ya qələvi mühitini göstərən bir ölçüdür. Məhlulda olan H+ ionu konsentrasiyasını ifadə edir. Saf suda H+ və H- ionlarının miqdarı tarazlıqdadır və pH=7 olur.
pH7 şəraitində mühit turşu, pH7 şəraitində isə mühit qələvidir.
İçməli sularda pH göstəricisinin 6,5-8,5 olması tövsiyə edilir.
Suyun codluğu onun tərkibində olan kalsiumun miqdarından asılıdır. Buna baxmayaraq, codluq dərəcəsi sudakı kalsium və maqnezium duzlarından irəli gəlir. Su bunları torpaqdan alır. Həll olmuş halda olan kalsium və maqnezium suyun tərkibində hidrokarbonat, sulfat və xlor duzları və ayrıca az miqdarda nitrat duzları halında olur. Xüsusilə kalsium hidrokarbonat və kalsium-sulfat suyun codluğunda əhəmiyyətli rol oynayır. Suyun tərkibində ən çox kalsium, maqnezium, sulfat və xlor duzlarına rast gəlinir.
Canlı su
Hamımız suyun canlıların həyatında ciddi rol oynadığını, əhəmiyyətini və su itkisinin nələrə səbəb ola biləcəyini bilirik. Əslində həyatımız üçün bu qədər dəyərli olan sudan maksimum faydalanmaq istərik. Amma bunun müqabilində canlılar üçün ən faydalı suyun hansı olduğunu bilmirik.
Canlılar üçün ən faydalı su «canlı su» adlandırılan təbiətin bizə bəxş etdiyi təbii qaynaq suyudur. Dağlardan gələn ərimiş qar və ya buzlaq suları, torpaqdan fısqıran qaynaqlar, kilometrlərcə uzunluqda təbii yataqlarda axan dəniz və çay suları ən böyük canlı su mənbələridir.
Canlı su sadəcə susuzluğu yatırtmaq üçün deyil, eyni zamanda canlılıq və şəfa verən sudur.
Dostları ilə paylaş: |