Ən sağlam su: zəm-zəm
Dünya Səhiyyə Təşkilatının (DST) hesabatına görə, dünyanın ən sağlam sularından biri olan zəm-zəm suyunun sirri müasir texnologiyalar vasitəsilə aparılan araşdırmalara baxmayaraq, hələ də müəmmalı olaraq qalır.
Mənbəyi məlum olmayan su ilə dənizin arasında 80 km olmasına və ətrafında heç bir quyunun olmamasına baxmayaraq, uzun illərdir qurumaması tədqiqatçıları təəccübləndirir.
Həcc dövründə milyonlarca hacının bütün su ehtiyacını 1,5 m dərinliyindəki quyunun ödəməsinə baxmayaraq, suyun səviyyəsi azalmır. Insanın aclığını və susuzluğunu yatırdan suyun sirrini tapa bilmək məqsədilə alimlər xeyli tədqiqat işləri aparmışlar.
Avropa laboratoriyalarında aparılan tədqiqatlarda zəm-zəm suyunun tərkibində çox az miqdarda kükürd olduğu aşkar olunmuşdur. Amerikada aparılan testin nəticələrinə görə isə zəm-zəm suyu tərkibində mikroorqanizm və bakteriya olmayan yeganə sudur.
Zəm-zəm quyusu haqqında elmi araşdırmalar aparmaq məqsədilə 35 il əvvəl institut təşkil edilmişdir. Bu müddət ərzində quyunun və suyun xüsusiyyətlərini araşdıran institut qeyri-müsəlman alimləri tərəfindən idarə olunmuşdur, ancaq onların (qeyri-müsəlmanların) Məscid-i Harama girməsi qadağan olunduğundan uzun müddət üçün görmədikləri quyudan gələn su haqqında polemikaya girmişlər. Son iki ildir Zəm-zəm Suyunun Tədqiqatı və Inkişafı Institutunun rəhbəri dünyanın ən məşhur yeraltı su ekspertlərindən biri olan professor Zəkai Şəndir. Z.Şən 500 nəfərlik qrupla zəm-zəm quyusundakı suyun keyfiyyəti və xüsusiyyətləri haqqında araşdırmalar aparmışdır. Institutdakı vəzifəsinə Qurana əl basaraq strateji məlumatlar və araşdırmaların incəlikləri haqqında heç bir şərh verməməyə and içərək başlayan Z.Şən: “Imanlı bir insan idim. Zəm-zəm quyusu ilə bağlı araşdırmalar apardıqca imanım daha da artdı, lakin elmin izah edə bilmədiyi çox şey var. Elmin izah edə bilmədiyi yerdə iman başlayır” - demişdir.
Dünyanın ən quraq bölgələrindən biri olan Ərəbistan yarımadasının ən quraq vadisində yerləşən bu bol və keyfiyyətli suyun 1,5 m-lik quyudan çıxmasının möcüzəli hadisə olduğunu dilə gətirən Z.Şən zaman-zaman tərkibindəki mineralların nisbətləri dəyişsə və debiti qismən azalsa da, zəm-zəm quyusunun yüz illərdir su verməyə davam etdiyini deyir. Həcc zamanı çox böyük motorlarla ildə bir milyon m3-dən çox su çəkilməsinə baxmayaraq, suyun azalmadığına diqqəti cəlb edən Z.Şən Zəm-zəm quyusunun mənbəyi haqqında məlumat toplamağa çalışdıqlarını qeyd edir. Zəm-zəm quyusuna üç əsas xətdən su gəlməsini güman etdiklərini, ancaq mənbəyin dəqiq harada olduğunu bilmədiklərini deyən Z.Şən bu barədə bəzi düşüncələrinin olduğunu söyləyir. Bu məqsədlə apardıqları araşdırmalar zamanı yüksəkliyi 2000 m olan Taif dağına getmiş və bu dağa hər gün yağış yağdığını görmüşlər. Alimlər quyunun mənbələrindən birinin burada olduğunu düşünürlər.
Dostları ilə paylaş: |