Ana südü möcüzəvi qidadır
“Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq): Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!” (Loğman, 31/14).
Ana südü körpənin qidaya olan ehtiyacını qüsursuz olaraq ödəmək və uşağı mümkün infeksiyalardan qorumaq üçün Allahın yaratdığı bənzərsiz bir nemətdir. Ana südündəki qida maddələrinin nisbəti ən ideal səviyyədədir. Bətndəki uşağın hələ yetişməmiş əzaları bədən sistemləri üçün ən uyğun formadadır. Ana südü uşağın beyin hüceyrələrinin böyüməsini təmin edən və onun sinir sisteminin inkişafını sürətləndirən qidalar baxımından da çox zəngindir. Çağdaş dövrün texnologiyası əsasında istehsal edilən uşaq yeməkləri də bu möcüzəli qidanın yerini verə bilmir.
Ana südünün uşaq üçün zəruri olan faydalı cəhətlərinin siyahısına zaman keçdikcə yeni-yeni məqamlar əlavə edilir. Tədqiqatlar nəticəsində məlum olub ki, ana südü əmən uşaqlar xüsusilə tənəffüs və həzm sistemi ilə bağlı infeksiyalardan tam qorunurlar. Çünki ana südündə elə bənzərsiz maddə və elementlər (məsələn, antikorlar) var ki, onlar körpəni infeksiyadan bilavasitə qoruyur.
Ana südünün başqa bir antiinfeksion xüsusiyyəti də var. Bu xüsusiyyət “normal flora” deyilən xoşməramlı, “yaxşı” bakteriyalar üçün “dost şəraiti” yaratdığı halda, zərərli bakteriyaların, virus və parazitlərin körpənin orqanizmində “məskən salmasına” mane olur. Bundan əlavə ana südündə uşağın yoluxucu xəstəliklərə qarşı immunitet sistemini tənzimləyən və onun yaxşı işləməsini təmin edən faktorların da olması müəyyən edilmişdir.
Ana südü xüsusi olaraq uşaqlar üçün proqramlaşdırıldığından körpənin çox asan həzm edə biləcəyi qidadır. Ana südü çox zəngin qida ehtiyatına malik olsa da, onun həzm edilməsi uşaqların həssas sistemlərinə uyğundur və asandır. Beləliklə, uşaq bu qidaların həzminə daha az enerji sərf edir və elə buna görə də enerjisini orqanizminin başqa fəaliyyətinə, böyüməyə və əzalarının inkişafına yönəldir.
Körpəsini vaxtından əvvəl doğan anaların südündə isə uşağın ehtiyaclarına uyğun olaraq daha çox yağ, protein, mineral, xlor və dəmir olur. Həmçinin müəyyən edilmişdir ki, öz analarının südü ilə qidalanan vaxtından əvvəl doğulmuş körpələrdə görmə qabiliyyəti, gözlərin fəaliyyəti daha yaxşı inkişaf edir. Belə uşaqlar intellektual testlərdən keçirilərkən bəlli olur ki, onların bir çox üstünlükləri var.
Ana südünün təzəcə dünyaya gələn körpənin inkişafı üçün zəruri olan xüsusiyyəti onun tərkibində omeqa-3 adlı yağ turşularının olmasıdır. Omeqa-3 yağ turşuları insan beyninin və retinasının vacib bir tərkibi olduğu üçün o, xüsusilə təzə doğulan körpələrin yaşaması baxımından böyük əhəmiyyətə malikdir. Omeqa-3 xüsusilə hamiləlik dövrü boyunca və körpəlik dövrünün başlanğıcında beynin və sinirlərin əlverişli şəkildə inkişafı üçün də çox vacibdir. Ana südündə təbii və mükəmməl bir omeqa-3 anbarı olduğuna görə alimlər ana südünün vacibliyini xüsusilə qeyd edirlər.
Bristol Universitetinin (ABŞ) alimləri tərəfindən aparılan tədqiqatlar ana südü ilə qidalanmağın uzunmüddətli faydaları arasında onun təzyiqə müsbət təsirinin olduğunu və bunun sayəsində infarkt riskinin azaldığını ortaya qoymuşdur. Araşdırmanı aparan alimlər ana südünün qoruyucu gücünün onun tərkibindəki maddələrdən qaynaqlandığını bildirir. “Girculation” adlı tibb jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, ana südü ilə qidalanan uşaqların ürək xəstəliklərinə tutulması riski daha azdır. Ana südündə damarın tıxanmasının qarşısını alan yağ turşuları var. Ana südü ilə qidalanan uşaqlar daha az natrium istehlak edir və piylənməyə məruz qalmı. Buna görə də ana südünün ürəyin sağlamlığı baxımından müsbət təsirə malik olduğu faktı da ortaya qoyulub.
Bunlarla yanaşı, Sinsinnati Universitetinin (ABŞ) nəzdində olan uşaq xəstəxanasında işləyən Lisa Martinin rəhbərliyi altında çalışan tədqiqatçılar ana südündə çox miqdarda “adiponektin” adlı protein hormonu tapdı. Belə qəbul olunur ki, qanda çox miqdarda adiponektinin olması infarkt riskinin azalması ilə bağlıdır. Köklük və infarkt keçirmək riski çox olan adamlarda isə qandakı adiponektin miqdarı azdır. Buna görə də ana südü ilə qidalanan uşaqların gələcəkdə kök olmaq riskinin bu hormonla bağlı azaldığı müəyyən edilmişdir. Bununla yanaşı ana südündə leptin deyilən və yağ metabolizmasında çox vacib bir rol oynayan başqa hormonun da olduğu müəyyən edildi. Alimlərə görə leptin bədəndə yağ olması ilə bağlı beyinə göndərilən siqnaldır. Dolayısı ilə Dr.Martinin sözlərinə görə, körpə ikən ana südü ilə qəbul edilən bu hormonlar sonrakı yaşlarda piylənmə, 2-ci növ şəkər xəstəliyi, insulin müqaviməti və tac damar narahatlığı kimi xəstəliklərə tutulma riskini azaldır.
“Ən təzə qida” ilə bağlı həqiqətlər
Ana südü ilə bağlı həqiqətlər bununla da məhdudlaşmır. Ana südünün körpəyə verdiyi maddələr körpənin yaş dövrü mərhələlərinə görə dəyişir və körpənin hansı dövrdə hansı qidaya ehtiyacı varsa, südün tərkibi də bu dövrə görə fərqli xarakter alır. Ideal temperaturu ilə həmişə hazır olan ana südü tərkibindəki şəkər və yağla beynin inkişafında da mühüm rol oynayır. Bununla yanaşı ana südündəki kalsium kimi element körpənin sümüyünün inkişafında önəmli rola malikdir.
Bu möcüzəvi qarışıq süd adlandırılsa da, əslində ana südünün 90%-i sudan ibarətdir. Bu da çox vacib bir xüsusiyyətdir. Çünki körpələrin qida ilə yanaşı maye kimi suya da ehtiyacı var. Ana südündən başqa istifadə edilən suyun və başqa maddələrin istehlakı prosesində gigiyena təmin edilməyə bilər. Ancan 90%-i su olan ana südü ilə körpənin su ehtiyacı da ən etibarlı şəkildə, gigiyenik baxımdan qorxusuz təmin edilir.
Dostları ilə paylaş: |