Ana südü və zəka Tədqiqatlar ana südü ilə qidalanan uşaqların zəkasının inkişafının ana südü ilə bəslənməyən körpələrə nisbətən daha çox olduğunu göstərir. Kentukki Universitetinin (ABŞ) mütəxəssisi Ceym Andersonun ana südü və süni qida ilə böyüyən uşaqlar arasında müqayisə aparan araşdırması nəticəsində müəyyən edilib ki, ana südü ilə qidalanan uşaqların intellekt indeksi (IQ) süni qidalarla bəslənən uşaqlara nisbətən 5 bal çoxdur. Bu tədqiqat nəticəsində o da müəyyənləşdirilib ki, azı 6 ay ərzində ana südü ilə qidalanan uşaqların zəkasının inkişafında problem olmur, 8 həftədən az ana südü qəbul edən uşaqlarda isə ana südü zəkanın inkişafına heç bir fayda vermir.