Ana südü xərçəngin dərmanıdırmı?
Aparılan araşdırmalar nəticəsində haqqında yüzlərlə məqalə dərc olunan ana südünün körpələri həm də xərçəngdən qoruduğu sübut olunmuş, lakin bunun mexanizmi hələ tamamilə aydınlaşdırıla bilməmişdir. Tədqiqatçılar laboratoriyada yetişdirilən xərçəng hüceyrələrinin ana südü tərəfindən öldürülməsini sübut etməklə bu sahədəki tədqiqatların çox böyük potensialının ortaya çıxdığını müəyyənləşdiriblər. Isveçin Lund Universitetində həkim və immunoloq işləyən Katarina Svanborq ana südündəki bu möcüzəvi sirləri kəşf edən qrupun üzvlərindən biridir. Lund Universitetindəki bu qrup adi ana südünün xərçəngin hər növü qarşısında etibarlı bir qoruyucu olması vəzifəsini möcüzəli bir kəşf kimi dəyərləndirib.
Əvvəlcə təzə doğulan körpələrdən aldıqları bağırsaq-mukoza hüceyrələrini ana südü ilə işləyən tədqiqatçılar nəticədə Pnemococcus bakteriyası tərəfindən yaradılan və pneumonia (zökəm) adlandırılan xəstəliyin inkişafının qarşısının ana südü tərəfindən uğurla alındığını gördülər. O da bəlli oldu ki, ana südü ilə qidalanan körpələr süni qida ilə böyüyən uşaqlara nisbətən eşitmə çətinliyi ilə daha az üzləşir və tənəffüs sistemi infeksiyalarına da daha az məruz qalırlar. Tədqiqatçılar bir-birinin ardınca davam edən çalışmalar nəticəsində ana südünün xərçəngə qarşı da qoruyucu xüsusiyyətinin olduğunu sübut etmişdir (Alimlər uşaq yaşlarında müşahidə edilən limfa xərçəngi riskinin süni qidalarla böyüyən uşaqlarda 9 dəfə çox olduğunu göstərəndən sonra, eyni nəticələrin başqa xərçəng növləri üçün də keçərli olduğunu fərq etdi). Əldə edilən nəticəyə görə, ana südü xərçəng hüceyrələrinin yerini dəqiq müəyyənləşdirir, sonra da onları öldürür. Xərçəng hüceyrələrini müəyyənləşdirib məhv edən element isə ana südündə bol miqdarda olan alpha-lac (alphalactalbumin) adlı maddədir. Alpha-lac südün tərkibindəki laktoz şəkərinin yaranmasına kömək edən bir protein tərəfindən meydana gətirilir.
Dostları ilə paylaş: |