Cənab Haqq qullarına doğru yolu göstərmək üçün əmrlərini, yasaqlarını peyğəmbərləri vasitəsilə bildirmişdir.
Peyğəmbərlər Allahla qulları arasında vasitəçi və elçidirlər.
Peyğəmbərlik Allah vergisidir. Dilədiyinə verir, çalışıb çabalamaqla əldə edilməz. Adəmdən (ə) bizim sevgili Peyğəmbərimiz Muhəmmədə (s.ə.v.) qədər gəlib keçmiş bütün millətlərə Allah tərəfindən peyğəmbərlər göndərilmişdir.
“Qurani Kərim”də adları bildirilən peyğəmbərlər: 1 - Adəm (ə) 10 – Yaqub (ə) 19 – Əlyəsə (ə)
2 - İdris (ə) 11 – Yusif (ə) 20 – Yunus (ə)
3 – Nuh (ə) 12 – Əyyub (ə) 21 – Zülkifl (ə)
4 – Hud (ə) 13 – Şuayb (ə) 22 – Zəkəriyyə (ə)
5 – Salih (ə) 14 – Musa (ə) 23 – Yəhya (ə)
6 – İbrahim (ə) 15 – Harun (ə) 24 – İsa (ə)
7 – Lut (ə) 16 – Davud (ə) 25 – Həzrəti
8 – İsmayıl (ə) 17 – Süleyman (ə) Muhəmməd (s.ə.v.)
9 – İshak (ə) 18 – İlyas (ə)
Üzeyr, Loğman, Zülqərneyn adındakı üç şəxsin peyğəmbərlikləri mübahisəlidir.
Bizə bildirilən və bildirilməyən bütün peyğəmbərlərin hər birini bir-birindən ayırmadan hamısına inanırıq.