Pendir haqqında hədislər
Peyğəmbər (s.ə.v.):
1. Pendir yeyin! O, yuxu gətirir və qidanı həzm etdirir.
2. Pendir dərddir, amma qozla yeyildikdə dərmandır.
3. Pendir də, qoz da ayrı-ayrılıqda dərddirlər, bir yerdə yeyiləndə isə dərman olurlar.
4. Hamilə qadın pendiri yemişlə yeyərsə, dünyaya gətirəcəyi körpənin üzü və xasiyyəti gözəl olar.
5. On şey yaddaşsızlığa gətirib çıxardar: pendir yemək,…
"Tibbül-əimmə": Allahın Rəsulu (s.ə.v.) xiyarı duzla, yemişi isə pendirlə yeyərdi.
Imam Sadiq (ə):
1. “Pendir ilə badam birlikdə şəfadır, lakin onların hər biri ayrılıqda xəstəlikdir”.
2. “Pendir özündən qabaq yeyilən şeyləri həzm edər, özündən sonra üçün iştaha yaradar”.
3. Pendir nə yaxşı qidadır! O, ağzı dada gətirir, ağız iyini yaxşılaşdırır, özündən qabaq yeyilənləri həzm etdirir, sonra yeyilənlərə iştah yaradır. Hər kəs ayın əvvəlində pendir yeməyə adət edərsə, güman var ki, heç bir istəyi rədd edilməz.
4. Pendir nə yaxşı qidadır! O, içilən mayeləri xoş iyli edir, özündən qabaq yeyilənləri həzm etdirir, sonrakılara isə iştah yaradır.
5. Qoz və pendir bir yerdə yeyildikləri vaxt hər birində şəfa olur, tək yeyildikləri vaxt isə hər birində dərd olur.
Açıqlama: Əllamə Məclisi (A.o.r.) buyurub ki, yuxarıdakı xüsusiyyət təzə, duzlanmamış pendirə aiddir. Belə pendir həmin şəhərlərdə çox yeyilir. Təzə pendir soyuqluq yaradandır, qozun hərarəti isə soyuqluğu neytrallaşdırır.
"Kafi": Rəvayət edilib ki, pendirin zərəri onun üz qabığındadır.
"Kafi" – Məhəmməd ibn Rəzi Nişapuri bəzi şəxslərdən, o da Imam Sadiqdən (ə): Bir kişi həzrətdən pendir haqqında soruşdu. Həzrət dedi: "Dərddir, onda heç bir dərman yoxdur". Gecə olduqda həmin şəxs yenidən Imam Sadiqin (ə) yanına gəldi. Həzrətin süfrəsində pendir gördükdə dilləndi:
- Sənə fəda olum, səhər səndən pendir haqqında soruşanda mənə dedin ki, o, dərddir, dərmanlığı yoxdur, amma indi süfrəndə pendir görürəm?!
Həzrət dedi:
- Pendir səhərlər ziyanlı, axşamlar isə faydalıdır. O belin suyunu artırır.
Dostları ilə paylaş: |