əhəmiyyətli faydası Balıqdakı yağ turşularının əsas xüsusiyyəti isə bədənin enerji istehsalına təsir göstərməsidir. Bu yağ turşuları bədəndə oksigenə bağlanaraq elektron transferini həyata keçirir və bədəndəki bəzi kimyəvi reaksiyaları enerji ilə təmin edir. Buna görə də balıq yağı baxımından zəngin qidaların yorğunluğun aradan qaldırmasına, qavrayış gücünü və hərəkət qabiliyyətini artırdığına dair dəlillər də var. Omeqa-3 insanın diqqət qabiliyyətini də onun enerji səviyyəsi qədər artırır. Balığın «zəka qidası» adlandırılmasının elmi əsası var, çünki beyindəki yağın əsas tərkibi özündə omeqa-3 yağ turşularını ehtiva edən DHT-dır.