Ən böyük nərə balığı Volqa çayından tutulmuşdur, bu balığın uzunluğu 7,8 m, ağırlığı isə 1440 kq olmuşdur. Bəzi balıqların xüsusi həyat mərhələsi vardır. Belə balıqlar çoxalma üçün uzaq məsafələr gedir və bəziləri kürü qoyduqdan sonra ölür. Avropanın və Şimalı Afrikanın müxtəlif su hövzələrində yaşayan çay ilanbalığı (ankvillər) kürü tökmək üçün dənizdən çaylara keçənə qədər 8 min km yol gedir. Kürüdəm çıxmış balıqlar çay axarı dənizə, oradan Atlantik okeanının qərb sahillərinə gedir. Atlant siyənəyi, treska və bəzi başqa balıqlar da belədir. Uzaq Şərq qızıl balığı Aleut silsiləsində yetişir, kürü qoymaq üçün Amur çaylarının yuxarı hissələrinə keçir.
Dostları ilə paylaş: |