Qvineya və Braziliyanın çay və dəniz sahillərində dördgözlü balıq yaşayır. Bu balığın əslində iki gözü vardır. Lakin hər göz iki yerə ayrıldığından adama elə gəlir ki, bu balıqlar dördgözlüdür. Görmə aparatının bu xüsusiyyəti balığa imkan verir ki, hətta dənizin üstündə uçan quşları belə ovlaya bilsin, həmin balıqlar suyun dərin qatlarını da yaxşı görür.
Mişardiş balığın uzunluğu 30 m-ə çatır. Suya girmiş və özündən dəfələrlə böyük (pələng, qaramal, davar və s. ) heyvanlara hücum edir, bir anda heyvanın dərisini və ətini yeyir. Bəzi növləri çayda çimən adamları həmin dəqiqə öldürür. Kirpi balığı Hind okeanında və Araliq dənizində yaşayır. Bədəni xaricdən tikanla örtülüdür. Sakit vəziyyətdə tikanlar bədənə yapışmış olur. Təhlükə olduqda isə tikanlar qabarır. Üzə bilmir, külək vasitəsilə bir yerdən başqa yerə keçir. Püskürən balığın uzunluğu 20 sm-dək olur. Hind okeanının və Sakit okeanının tropık hissəsində yaşayır. O öz ovunu ağzına doldurduğu su ilə vurub öldürür və yeyir. Buna görə də bu balığı "atıcı balıq " da adlandırırlar.