Hacıqabul rayon 8 saylı humanitar fənlər təmayüllü
lisey məktəbin Coğrafiya müəllimi Ələkbərova Ülviyyə
Ətraf mühiti çirkləndirən mənbələr
SİNİF: 8
Mövzu: Ətraf mühiti çirkləndirən mənbələr
Standart: 3.2.5 Ekoloji problemlərin insan həyatına təsirini izah edir.
Məqsəd: Ətarf mühiti çirkləndirən mənbələri izah edir.
Ətraf mühitin çirkləndiyi əraziləri xəritədə göstərir.
Təlim forması: Müzakirə.Qruplarla iş
Təlim üsulu: Beyin həmləsi, BİBÖ
Resurslar:dərslik,xəritə,iş vərəqləri
Təchizat: elektron lövhə, noutbuk
Dərsin tipi: İnduktiv
Dərsin gedişi
Motivasiya: 3dəqiqə
Tədqiqatın aparılması: 10 dəqiqə
Məlumatın mübadiləsi: 10 dəqiqə
Məlumatın müzakirısi: 5 dəqiqə
Nəticə və Ümumiləşdirmə: 3 dəqiqə
Yaradıcı tətbiqetmə:10 dəqiqə
Qiymətləndirmə: 4 dəqiqə
Motivasiya və problemin qoyuluşu
Şagirdlərə linkdəki video süjet nümayiş etdirilir. https://www.youtube.com/watch?v=DZqHiD7kZuI
Video barədə şagirdlərin fərziyyələri dinlənilir . Fərziyələri ümumiləşdirərək tədqiqat sualları ilə şagirdlərə müraciər edirəm.
Tədqiqat sualı
Ətraf mühiti çirkləndirən əsas mənbələr hansılardır?
Tədqiqatın aparılması
Şagirdlər qruplara bölünür. Onlara işçi vərəqləri paylanır. BİBÖ cədvəli qurulur. Tədqiqat aparmaq məqsədi ilə şagirdlər mövzunu fasilələrlə oxuyur və iş vərəqlərində göstərirlər. Tədqiqat zamanı qruplar dərslikdən,Coğrafiya Ensiklopediyasından istifadə edərək tapşırıqları yerinə yetirirlər.
Qrup tapşırıqları
I qrup
1.Ətraf mühitin çirklənməsində hansı fiziki- coğrafi amillər iştirak edir?
2.Xəritədə Avropanın ən çox çirklənmiş ərazilərini göstərin.
II qrup
1.Ətraf mühitin daha çox çirkləndiyi ərazilər harda yerləşir?
2Xəritədə Asiyanın ən çox çirklənmiş ərazilərini göstərin.
III qrup
1.Azərbaycanda ətraf mühiti çirkləndirən əsas mənbələr hansılardır?
2.Xəritədə Azərbaycanın ən çox çirklənmiş ərazilərini göstərin.
Məlumatın mübadilə və müzakirəsi
Tədqiqat işi başa çatdıqdan sonra qrup liderləri işlərini təqdim edirlər.Müəllim yardımçı suallar verərək mövzunu möhkəmləndirir. Şagirdlər öyrəndiklərinin əsasında BİBÖ cədvəlini tamamlayaraq elektron lövhədə nümayiş etdirirlər.
Yaradıcı tətbiqetmə
1.Dünyanın kontur xəritəsində ətraf mühitin daha çox çirkləndiyi əraziləri qeyd edin .
2.Azərbaycanın kontur xəritəsində ətraf mühitin daha çox çirkləndiyi əraziləri qeyd edin.
Ev tapşırığı
Ətraf mühitin çirklənməsinin artması səbəbləri haqqında esse yazmaq
Qiymətləndirmə
Qruplar
Meyarlar
|
I qrup
|
II qrup
|
III qrup
|
Izahetmə
|
|
|
|
Xəritədə göstərmə
|
|
|
|
Təqdimat
|
|
|
|
Əməkdaşlıq
|
|
|
|
Dostları ilə paylaş: |