Fərdin öz təcrübəsini yadda saxlaması, hifz etməsi və lazım gəldikdə yada salması prosesinə hafizə deyilir.
Fərdin öz təcrübəsini yadda saxlaması, hifz etməsi və lazım gəldikdə yada salması prosesinə hafizə deyilir.
Hafizə keçmiş təcrübənin beyində nəqşləndirilməsi, yadda saxlanması sayəsində sonralar onun tanınma və yada salınmasından ibarət mürəkkəb psixi fəaliyyətdir.
Hafizə bütün canlılarda vardır. Hətta, bitkilərin də yaddaşının olması ilə bağlı elmi fikirlər söylənilir. Geniş mənada, hafizəni canlı orqanizmin informasiyanı təsbit edən anadangəlmə və həyatda qazanılan mexanizm kimi də xarakterizə etmək olar.
Hafizə olmasaydı insan «əbədi olaraq yeni doğulmuş uşaq vəziyyətində qalardı» (İ.Seçenov).