Hafizə Hafizə haqqında anlayış. Hafizə mexanizmi haqqında nəzəriyyələr. Hafizənin növləri və tipləri



Yüklə 0,69 Mb.
səhifə12/12
tarix17.05.2022
ölçüsü0,69 Mb.
#115953
1   ...   4   5   6   7   8   9   10   11   12
Hafizə

İlk növbədə unutmanın mənfi cəhətləri diqqəti cəlb edir. Halbuki unutmanın faydası da çoxdur və onsuz şəxsiyyətin fərdi təcrübəsini təşkil etmək olmaz. Belə ki, gərəksiz, lazımsız informasiyalar unudulur. Hifzetmə əslində unutma ilə mübarizə sayəsində mümkün olur. Bu mənada unutma çox məqsədəuyğun, təbii və zəruri prosesdir, onsuz beynimiz çox yüklənmiş olardı. Bəzən insan üçün həyati əhəmiyyətə malik olan materiallar da unudulur. Təkrarların düzgün təşkil edilməməsi unutmanın əsas səbəblərindən biridir. Unutmanın qarşısını almaq üçün öyrənilmiş materialı unutduqdan sonra deyil, unutma başlamazdan əvvəl təkrar etmək lazımdır. Uşinskinin dediyi kimi “hafizənin təbiətini anlayan tərbiyəçi tez-tez təkrara dağılanları təmir etmək üçün deyil, binanı möhkəmləndirmək və onun üzərində yeni mərtəbə ucaltmaq üçün müraciət edəcəkdir”.


Tanıma(hifzetmə) və unutma

Hafizə pozuntuları

Kəmiyyət pozuntuları :

1. Hipermneziya-yaddaşın güclənməsi

2. Hipomneziya- yaddaşın zəiflənməsi

3. Amneziya – yaddaşın itməsi.

Retroqrad amneziya - Keçmişə aid olan hadisələrin və ya məlumatların unudulması.

Konqrad amneziya - Hər hansı bir hadisə zamanı məlumatların unudulması.

Anteroqrad amneziya - Hər hansı bir hadisədən sonrakı məlumatların unudulması

Keyfiyyət pozuntular (Paramneziya)

Psevdoreminissensiyalar - yanlış ,düzgün olmayan,yalançı yaddaş (хatırlamalar) olub hadisələrin vaхtının,tariхinin təhrif edilməsi ilə хarakterizə olunur.

Kriptomneziyalar - Başqasının başına gələn hadisələri,onlara məхsus хidmətləri öz adına çıхmaqla хarakterizə olunan yaddaş pozuntusudur.

Konfabulyasiyalar - Heç vaхt baş verməmiş hadisələrin" хatırlanmasına " deyilir.


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin