Tədqiqatın obyekti və predmeti
Tədqiqatın obyekti Azərbaycan florasında yayılmış Hamar güyənə (P. glaberrimum) bitkisi olmuşdur. Bitki Azərbaycan Respublikasının Quba rayonu Qəçrəş kəndi ərazisindən toplanmışdır. Bitkinin meyvələri və kökümsovları kimyəvi-toksikoloji cəhətdən tədqiq edilmişdir. Tədqiqatın predmeti müxtəlif daxili üzvlərin model nümunələri, steroid saponinlər, sapogeninlər, monosaxaridlər olmuşdur.
Tədqiqatın məqsəd və vəzifələri
Tədqiqatın məqsədi hamar güyənə bitkisinin bioloji fəal maddəsi – steroid saponin əsasında kimyəvi-toksikoloji analiz üsullarını işləyib hazırlamaqdan ibarətdir. Bunun üçün aşağıda göstərilən vəzifələr yerinə yetirilmişdir:
Bitki xammalından steroid saponinləri fərdi şəkildə əldə etmək.
Fərdi saponinləri kimyəvi cəhətdən araşdırmaq və quruluşlarını müəyyən etmək.
Xammaldan praktik əhəmiyyətli bioloji fəal maddələrin əlverişli alınma üsulunu işləmək və patentləşdirmək.
Saponinin bioloji materialdan təcrid edilməsinə müxtəlif amillərin göstərdiyi təsirin öyrənilməsi nəticəsində optimal şəraitin seçilməsi və bunun əsasında təcridetmə üsulunu işləyib hazırlamaq.
Bioloji materialdan təcrid edilmiş saponini vəsfi və miqdari cəhətdən sübut etmək.
Müxtəlif bioloji materiallarda saponini təyin etmək.
Dostları ilə paylaş: |