Tədqiqatın nəzəri və praktik əhəmiyyəti
Yüksək səmərəli və geniş farmakoloji təsir spektrinə malik bioloji fəal maddələr üçün yeni xammal mənbəyi və xammaldan həmin madddələrin əlverişli alınma üsulları təklif olunur. Həmin üsullar əczaçılıq sənayesini yüksək effektli bioloji fəal maddələr – kavkazosaponin, diosgenin və pennogenin ilə təchiz etmək üçün xüsusi əhəmiyyət kəsb edir və praktik cəhətdən olduqca əlverişlidir.
İşlənib hazırlanan kimyəvi-toksikoloji analiz üsulları təyinatı üzrə lazım gəldikdə məhkəmə-kimyəvi ekspert təcrübəsi və kəskin zəhərlənmənin laborator müayinəsində zəhərlənmənin səbəbini müəyyən etmək üçün tətbiq oluna bilər və kimyəvi-toksikoloji analiz təcrübəsini yeni materiallarla zənginləşdirməyə imkan verir.
Dissertasiya işinin yerinə yetirilməsi zamanı bitki xammalından fərdi şəkildə əldə olunmuş saponinlərin kimyəvi-toksikoloji analiz üsulu və onun nəticələri Əczaçılıq fakültəsində magistratura mərhələsində Toksikoloji kimya ixtisası üzrə “Bitki və heyvan mənşəli zəhərli maddələrin kimyəvi-toksikoloji analizi “ fənni üzrə tədrisin yerinə yetirilməsində istifadə edilir.
Dostları ilə paylaş: |