Hamun ulduzu



Yüklə 0,94 Mb.
səhifə2/3
tarix11.01.2022
ölçüsü0,94 Mb.
#110947
1   2   3

MÜQƏDDİMƏ


Həmd olsun Allaha, bizə tövfiq verdi, yardımçı oldu ki, bu vərəqlərin ağ sinəsinə lətif duyğular arasından əsillik və məsumluğu əks etdirən sözlər yazaq. Şükür məsum imamların (ə) sonsuz nur və kəramətinin müqəddəsliyinə!

Şəhid adının qızıl fəthinə süvar olub fələklərin zirvəsinədək yol getmiş şəhidlər qarşısında borcun qaytarılmasına gəldikdə bu fürsət az olsa da, kiçik iqbal, səadət deyil. Həmişə açıq olan bu mərifət bacası daim düşüncələrimizi Allahın bir qrup seçilmişinin izzət və əzəməti ilə əlaqələndirir.

Tarixin ən şərəfli dönəmində, yəni İslam İnqilabının çiçəklənmə dövründə böyük ərlərin zühur və qürubundan müqəddəs və pak anları yada salırıq. Onların bütün vücudalrı başlanğıcdan sona qədər çiçəklənmə olub. Təkcə həyatları yox, gedişləri də həyatverici möcüzə kimidir. Bu insanların kamal və cazibəsini onların rəhbərinin vücudunda axtarsaq təəccüblü olmaz. O insanın pak nəfsi və ilahi inqilabı sayəsində bu xalqın həyatı davamlı oldu. Həqiqətən, Xomeyni (r) Allahın ruhu idi. Onun kimi rəhbərə bir işarə ilə aşiqanə rəqabətlər sərgiləyən, öz varlığından keçən müridlər lazım idi. Onlar haqla batilin savaş meydanında ən ali insani və ilahi məqsədlərə yetişdilər. Belə oldu ki, Hüseyn (ə) aşiqlərinin öz imamına dərin və müqəddəs bağlılığının təkrarını bu məmləkətin tarixi üçün yadigar qoydular.

Allaha qovuşmuş bu iddiasız insanların həyatı başdan-başa iftixar dolu, ümidvericidir. Onların təravətli xatirəsi və pak ruhu korpusun şəhid komandirləri, Kerman, Sistan və Bəluçestanın 8 min şəhidi üçün xatirə konqresinin keçirilməsi üçün zəmin yaratdı. Bu konqres bizim İslam tarixinin fədakar və həmişəcavan insanlarına borcumuzun kiçik bir hissəsi ola bilər. Şübhəsiz, bu əzəmətli okeanda gördüyümüz iş hələ də çox kiçikdir.

Yerinə düşər ki, bu vəzifəyə diqqət yetirən, şəhid komandirlər haqqında kitab yazıb çap edənlərə təşəkkür bildirilsin. Xüsusilə bu kitabın müəllifi və onun çapını üzərinə götürənlərə minnətdarlıq edək. Arzu edirəm ki, bu iş böyük işlərə doğru bir addım olsun. Gerçəkdən şəhidlərin yada salınması sonu olmayan çətin bir yoldur.

Sonda öz səmimi salamımı bu dəyərlərin ən böyük keşikçisi olan Böyük İnqilab Rəhbərinə çatdırıram.

41-ci Sarəllah Korpusunun komandiri və

konqresin katibi, briqada generalı Qasim Süleymani



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin