BİRİNCİ AMİL
ƏLİNİN (Ə) İMAMƏT VƏ VİLAYƏTİNİ GÖSTƏRƏN AYƏLƏR
Qurani-kərimə müraciət etdikdə Əlinin (ə) və ya bütün Əhli-beytin (ə) imamət və vilayəti haqqında çoxsaylı ayələrin mövcud olduğunun şahidi oluruq. Belə ayələrdən bir neçəsinə nəzər salaq:
1. Vilayət ayəsi;
إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَ رَسُولُهُ وَ الَّذِينَ ءَامَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلَوةَ وَ يُؤْتُونَ الزَّكَوةَ وَ هُمْ رَاكِعُون
“Sizin vəliniz (haminiz) ancaq Allah, onun Peyğəmbəri və ona iman gətirənlərdir; o kəslər ki, (Allaha boyun əyərək) namaz qılır və rüku halında zəkat verirlər” (“Maidə”, 55).
Bu ayənin nazilolma səbəbi tarixi qaynaqlarda, hədis və təfsir kitablarında belə qeyd edilmişdir:
“Bir gün yoxsul bir kişi məscidə daxil olub kömək istədi. Onun bu istəyinə məhəl qoyan olmadı. Bu zaman məsciddə namaz qılan Əli (ə) rükuda olmasına baxmayaraq, öz üzüyünü sədəqə olaraq yoxsul kişiyə verdi. Elə həmin an məlum ayə Cəbrail vasitəsi ilə öz evində əyləşmiş Peyğəmbərə (s) nazil oldu”.
İbn Kəsir səhih sənədlə Sələmə ibn Küheyldən nəql edir: “Əli (ə) rüku vəziyyətində öz üzüyünü sədəqə verdi və bu zaman “Maidə” surəsinin 55-ci ayəsi nazil oldu”1.
Hakim Nişapuri səhih sənədlə Əlidən (ə) nəql edir: “Bu ayə (“Maidə”, 55) nazil olduğu zaman Peyğəmbər (s) məscidə gəldi. Məsciddəkilər namaz qılırdılar. Peyğəmbər (s) də namaz qıldı. Bu zaman məsciddə bir dilənçi gördü və ondan soruşdu: “Sənə bir şey verən oldumu?” Dilənçi Əlini (ə) göstərərək dedi: “Bəli, yalnız bu kişi rükuda ikən öz üzüyünü mənə verdi”2.
Eyni məzmunlu səhih hədisi İbn Əsir də Əlidən (ə) nəql etmişdir3.
Bu ayəyə əsaslanaraq Əlinin (ə) imamət və vilayətini digər şəkildə də izah etmək olar. Belə ki, Peyğəmbərin (s) vilayətində məqsəd imamət məsələsi ilə bağlı vilayətidir. Quranda oxuyuruq:
النَّبىُِّ أَوْلىَ بِالْمُؤْمِنِينَ مِنْ أَنفُسِهِم
“Peyğəmbər möminlərə onların özündən daha yaxındır (daha üstün və ixtiyar sahibidir)”4.
Qədir-Xum günü Peyğəmbər (s) buyurdu:
Dostları ilə paylaş: |