İmam Hüseyn (ə) Ömər ibn Sədin qoşununda yer alanlara Əbu Süfyan tərəfdarları deyə səslənərək buyurdu: “Vay olsun sizə, ey Ali-Əbu Süfyan tərəfdarları! Əgər dinsizsinizsə, axirət dünyasına, hesab verəcəyinizə inamınız yoxdursa, heç olmasa, dünyada azad yaşayın”1.
İmam Hüseyn (ə) onlara müraciətlərində, xütbələrində, onlarla apardığı danışıqlarda bir dəfə olsun belə onlara mənim şiələrim və ya atamın şiələri demir. Digərlərinin kəlamlarında da bu ifadələrə rast gəlmək olmur. Bu, Ömər ibn Sədin qoşununda olanların həqiqi şiə olmadıqlarına sübutdur.
Ömər ibn Sədin qoşunundakılar İmamın (ə) “Nə üçün mənim qanımı axıtmağı özünüzə halal etmisiniz?” sualına cavab alaraq dedilər: “Bizim sənin atanla düşmənçiliyimiz var idi və elə buna görə də səninlə döyüşürük”.1
Aydın şəkildə görünür ki, onlar şamlı idilər və Müaviyənin əks-təbliğatı nəticəsində Əliyə (ə) düşmən kəsilib, ona kin bəsləyirdilər. İmam Hüseynə (ə) “Mən sənin atanla düşmənəm” deyən kimsə şiə ola bilərmi? Onlar İmam Hüseynə (ə) yalançı oğlu yalançı demirdilərmi? Onlar Peyğəmbər (s) yadigarına “Ey Hüseyn, cəhənnəm alovuna qovuşacaqsan” demirdilərmi? Onlar İmam Hüseynə (ə) və səhabələrinə “Sizin namazlarınız qəbul olunmayacaq demirdilərmi?2 Onlar öz rəhbərlərinə qarşı bu növ nalayiq sözlər yağdırdıqları bir halda necə şiə ola bilərlər? Bütün bunlar hamısı Peyğəmbər (s) Əhli-beytinə olan kindən doğur.
Dostları ilə paylaş: |