Haqqin iZİ İLƏ



Yüklə 2,22 Mb.
səhifə11/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   7   8   9   10   11   12   13   14   ...   283
ألست أولى بكم من أنفسكم؟ “Mən sizə sizin özünüzdən daha yaxın (daha üstün və ixtiyar sahibiniz) deyiləmmi?

Oradakılar dedilər: “Bəli, ey Allahın elçisi!” Bu zaman Peyğəmbər (s) buyurdu:



فمن كنت مولاه و علي مولاه “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”.

Yuxarıda qeyd olunan hədis eyni məzmunda on səhabə tərəfindən nəql edilmiş və əllidən çox əhli-sünnə alimi öz kitabında qeyd etmişdir. Belə alimlərə misal olaraq Təbərani1, Əbu Bəkr Cəssas2, Vahidi3, Zəməxşəri4 və başqalarını göstərmək olar.



2. “Təbliğ” ayəsi;

Allah-Taala buyurur:



يَأَيهُّا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَ إِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَ اللَّهُ يَعْصِمُكَ مِنَ النَّاس

Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı təblğ et. Əgər (bunu) etməsən, Allahın risalətini (sənə həvalə etdiyi elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq” (“Maidə”, 67).

Əbu Nəim İsfahani səhih sənədlə Əbu Səid Xudridən bu ayənin İmam Əli (s) haqqında nazil olduğunu nəql edir5. İbn Əsakir də səhih sənədlə Əbu Xudridən bu ayənin Qədir-Xumda Əli (s) haqqında nazil olduğunu nəql edir6.

Bu hədis səkkiz səhabə və on dörd əhli-sünnə alimi tərəfindən nəql edilmişdir.



3. “İkmal” ayəsi.

Allah-Taala buyurur:



الْيَوْمَ يَئسَ الَّذِينَ كَفَرُواْ مِن دِينِكُمْ فَلَا تخَشَوْهُمْ وَ اخْشَوْنِ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَ أَتمْمْتُ عَلَيْكُمْ نِعْمَتى

وَ رَضِيتُ لَكُمُ الْاسْلَامَ دِينًا

Bu gün kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın. Məndən qorxun! Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim” (“Maidə”, 3).

Xətib Bağdadi səhih sənədlə Əbu Hüreyrədən nəql edir:

“Allah-Taala zilhəccə ayının on səkkizinci günü (Qədir-Xum günü) oruc tutana altmış ay orucun savabını verir. Qədir-Xum günü o gündür ki, Peyğəmbər (s) Əlinin (s) əlindən tutaraq qarşısındakı kütləyə müraciətlə buyurdu: “Mən möminlər mövlası deyiləmmi?” Onlar dedilər: “Bəli, ey Allahın rəsulu!” Bu zaman Peyğəmbər (s) buyurdu: “Mən kimin mövlasıyamsa , Əli də onun mövlasıdır”. Peyğəmbərin (s) bu sözlərini eşidən Ömər iki dəfə Əlini (s) təbrik edərək dedi: “Ey Əbu Talibin oğlu! Sən mənim və bütün müsəlmanların mövlası oldun”. Həmin an sözügedən ayə nazil oldu. Həmin hədisi İbn Əsakir heç bir məzmun fərqi olmadan bir necə digər səhih sənədlə nəql etmişdir7. Bundan başqa on beşdən çox əhli-sünnə alimi də həmin hədisi qeyd etmişdir.



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin