Haqqin iZİ İLƏ


Şiəlik İmam Cavadın (ə) dönəmində



Yüklə 2,22 Mb.
səhifə111/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   107   108   109   110   111   112   113   114   ...   283

Şiəlik İmam Cavadın (ə) dönəmində


H. c. 203-cü ildə İmam Rza (ə) şəhid edildi. İmam (ə) dünyasını dəyişəndə yeganə övladı İmam Cavad (ə) səkkiz yaşında idi. Bu baxımdan şiələr nigaran idilər. Tarixçilərə görə şiələr bu dönəmdə böyük sarsıntı keçirir və daim fikir ayrılığına məruz qalırdılar2. Elə buna görə də onlar Əbd ər-Rəhman ibn Həccacın evinə yığışır, nə etməli olduqlarını müzakirə edirdilər3. Şiələr bilirdilər ki, İmam Rza (ə) oğlu Cavadı (ə) canişin təyin edib. Lakin o həzrətin (ə) yaşının az olması çoxlarının axtarış aparmasına səbəb oldu. Mövcud nigarançılıq səbəbilə bir çoxları İmam Rzanın (ə) qardaşı Abdullah ibn Musanın ardınca getdilər. Lakin heç bir dəlil olmadan kiminsə imam olduğunu qəbul etməyəcəklərindən bir çoxları ondan suallar soruşur, cavab verə bilmədiyini gördükdə onu tərk edirdilər4. Bəziləri də imamətin İmam Kazimlə (ə) sona yetdiyi qənaətində olan “vaqifi”lərə qoşuldular. Çünki onlar Nobəxtinin nəzərinə görə, həddi-büluğa yetməyi imamətin şərtlərindən biri hesab edirdilər.5

Bütün bunlara baxmayaraq, şiələrin böyük əksəriyyəti İmam Cavadın (ə) imamətini qəbul etdilər. Lakin bu arada onun hələ həddi-büluğa yetməməsini özünə eşitdirənlər də var idi. Həzrət Cavad (ə) onlara cavab olaraq həzrət Süleymanın (ə) Davudun (ə) canişini olmasını xatırladaraq buyurdu: “Həzrət Süleyman (ə) hələ uşaq ikən qoyun otardığı bir halda atası həzrət Davud (ə) onu öz canişini elan etdi. Bu elə bir şəraitdə baş verirdi ki, Bəni-İsrail alimləri onu qınayır və bu addımını doğru hesab etmirdilər”.1

İmamiyyə şiələr imamətin Allah tərəfindən olduğunu bilirdilər. Elə buna görə də İmamın (ə) yaşının az olması onlar üçün bir problem yaratmır və etiqadlarını sarsıtmırdı. Şiələr imamətin isbatı üçün müəyyən suallar verir, imamət iddiasında olanın suallara doğru cavab verdiyi təqdirdə (müqəddəs mətnlərdə göstərilənlərə də uyğun gəlirdisə,) onu məsum imam olaraq qəbul edirdilər. İmamiyyə şiələri bütün bölgələrdə, xüsusilə də İraq, İran Mədaində yaşayırdılar.2 Şiələr İmamla həm vəkillər vasitəsi ilə, həm də Həcc mərasimində görüşürdülər. Bir rəvayətə görə İmam Cavadın (ə) şiələrinin bəzisi Misirdə yaşayırmışlar. Bu rəvayətdə Əl ibn Əsbat deyir: “İmama diqqətlə baxırdım ki, onu Misirdəki şiələr üçün vəsf edə bilim” 3. Digər bir rəvayətdə deyilir: “Xorasan şiələrindən biri İmamın (ə) yanına gəldi”.4 Hürr ibn Osman Həmdanidən nəql olunan bir rəvayətdə Rey şiələrinin İmamın (ə) yanına gəldiyi göstərilir.5 Bu, göstərir ki, Reydə də çoxlu sayda şiə yaşamışdır.6

İmam Cavadın (ə) dövründə Qum şiəliyin mərkəzlərindən biri idi və Qum şiələrinin İmamla yaxın əlaqəsi var idi. Qaynaqlarda Şeyx əl-Qummiyyin (qumluların şeyxi) kimi yad edilən Əhməd ibn Məhəmməd ibn İsanın İmam Rza (ə) və İmam Cavadın (ə) səhabələrindən olduğu bildirilir. Onun hədis və fiqhi mövzularda qələmə aldığı bir çox əsərlər günümüzə qədər gəlib çıxmışdır. O, İmam Həsən Əsgərinin (ə) də dövründə yaşamışdır.1

Saleh ibn Məhəmməd ibn Səhl də İmam Cavadın (ə) Qumdakı səhabələrdən idi. O, İmam (ə) tərəfindən vəqf olunmuş mallara baxmaq üçün təyin edilmişdi2.

İmam Rzanın (ə) Xorasan səfərindən sonra vəkilləri vasitəsilə xalqla əlaqələri daha da genişləndi.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin