Haqqin iZİ İLƏ


ALİ-BUYƏ3, FATİMİLƏR VƏ HƏMDANİLƏR DÖVRÜ



Yüklə 2,22 Mb.
səhifə116/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   112   113   114   115   116   117   118   119   ...   283

ALİ-BUYƏ3, FATİMİLƏR VƏ HƏMDANİLƏR DÖVRÜ


Hicri dördüncü və beşinci əsrlər siyasi vəziyyət baxımından şiələrin ən yaxşı dövrləri olmuşdur. Çünki şiə məzhəbinə mənsub olan Buyə xanədanı (h. q. 320-477) Abbasi xilafətində vəsfəgəlməz iqtidar və nüfuza malik idi. Əli, Həsən və Əhməd adlı Buyə övladlarına öncə İranı idarə etmək həvalə edilmişdi. Onlar h. q. 333-cü ildə əl-Müstəkfa dönəmində Bağdada gəlib hakimiyyət dairələrinə nüfuz etdilər və xəlifə tərəfindən də dəyərləndirildilər. Belə ki, Əhməd Müizz əd-dövlə, Həsən Rükn əd-dövlə, Əli isə İmad əd-dövlə ləqəblərinə layiq görüldülər.

Baş vəzir vəzifəsində çalışan Müizz əd-dövlənin hakimiyyətdəki rolu, iqtidarı elə bir həddə yüksəlmişdi ki, əl-Müstəkfanın özünə belə sabit əmək haqqı təyin edirdi. Onun əmri ilə Aşura günü bazarlar açılmaz, İmam Hüseyn (ə) üçün matəm mərasimləri keçirilərdi. Bundan başqa Qədir bayramı da xüsusi əzəmətlə keçirilirdi.

Ali-Buyə on iki imamlı şiə məzhəbini geniş şəkildə yaydı. Onların hakimiyyətindən öncə İslam dövlətinin mərkəzi olan Bağdadda əhli-sünnə çoxluq təşkil edirdi. Lakin onlar hakimiyyətə gəldikdən sonra şiə məzhəbi nəzərə çarpacaq dərəcədə inkişaf etdi və ona məxsus ayinlər böyük əzəmətlə qeyd olunmağa başladı. Bu dövrdə yaşayan görkəmli İmamiyyə mütəkəllimi (sxolastı) yüksək dəyərləndirilirdi. Bağdadın Kərx məntəqəsində yerləşən Bərasa məscidi ona məxsus idi. Şeyx Müfid orada camaat namazı qılıb vəzlər etməklə yanaşı, tədris işləri ilə də məşğul olurdu. O, özünəməxsus elmi-ictimai nüfuzu ilə müxtəlif şiə firqələri arasında dözümlülüyü artırdı və şiə etiqadını gücləndirərək genişləndirdi.

Ali-Buyənin xidmətləri yalnız şiəliyə məxsus deyildi. Onlar ümumilikdə İslam mədəniyyətinə, dini ədəbiyyata sonsuz xidmətlər göstərirdilər. Qənavi “əl-Ədəb fi zill əl-Bəni-Buyə” kitabında yazır: “Ali-Buyənin imtiyazlarından biri də bu idi ki, onların dönəmində hətta elm və mədəniyyət sahəsində böyük irəliləmələr oldu. Bunda Ali-Buyə hakim və vəzirlərinin böyük təsiri olmuşdur. Çünki vəzirlər həmişə ən yaxşı yazıçı və alimlərdən seçilirdi. Bu bütün yazıçı, ədib və elm xadimlərinin mərkəzə axışmasına səbəb oldu. Ədəbiyyat, elm və fəlsəfə sahəsində Abbasi xəlifələrinin görmədiyi işləri onlar həyata keçirirdilər”1 .

Dördüncü əsrdə Misirdə Fatimilər hakimiyətə gəldilər. Onların hakimiyyəti altıncı əsrə (h. q. 567) qədər davam etdi. Fatimilər hakimiyyəti şiəliyə dəvət üzərində qurulmuşdu. Onların İsmailiyyə məzhəbinə mənsub olub on iki imamlı şiə olmamalalarına baxmayaraq, İslam təlimlərinin Əhli-beyt (ə) yolu ilə əldə olunması hər iki məzhəbin müştərək tərəfi idi.

Süyuti yazır: “H. q. 357-ci ildə Qəramitə Dəməşqi istila etdikdən sonra Misiri də ələ keçirmək qərarına gəldil. Lakin Übeydiyyun (Fatimilər)2 ona sahib çıxdılar və beləcə rafizi (şiə) dövləti Məğrib (Mərakeş), Misir və İraqda möhkəmləndi. Bunun başlıca səbəblərindən biri də Misir hakimi Kafur Əxşidinin ölümündən sonra hakimiyyətdə istiqrarın olmaması idi. O zaman əsgərlər maddi sarsıntı yaşayırdılar. Elə buna görə də Mərakeş hakimi Müizz əd-dinə Misirə daxil olması üçün məktub yazdılar. O, Cövhər adlı sərkərdəsini min nəfərlik süvari ilə Misirə göndərdi və Misiri ələ keçirtdi. H. q. 358-ci ildə qara paltar geyinməyi və abbasilərin oxuduğu xütbəni oxumağı yasaq etdi. Əvəzində isə ağ libas geyinməyi və aşağıdakı xütbəni oxumağı əmr etdi:

İlahi, Məhəmməd Mustafaya, Əli əl-Mürtəzaya, Fatimə əl-Bətula, Peyğəmbər (s) nəvələri Həsən və Hüseynə salavat göndər”.

O, h. q. 359-cu ildə əl-Əzhər universitetinin təsisi haqda əmr verdi. Universitetin tikilişi h. q. 361-ci ildə sona yetdi. Bundan başqa o, azanda yenidən “Həyyə əla xəyril-əməl” deyilməsini əmr etdi. Eynilə həmin göstərişi Dəməşq hakimi Cəfər ibn Fəlah da vermişdi3.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin