Haqqin iZİ İLƏ



Yüklə 2,22 Mb.
səhifə121/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   117   118   119   120   121   122   123   124   ...   283

XƏYAL, YOXSA VERSİYA?


Öncə də qeyd etdiyimiz kimi, şiəliyin meydana gəlməsi haqqında müxalif qüvvələr tərəfindən müxtəlif versiyalar irəli sürülmüşdür. İndi bu versiyaları bir-bir incələyəcək və yanlış olduğunu tam aydınlığı ilə göstərməyə çalışacağıq:

1. Şiəliyin “Səqifə”də meydana gəlməsi;

Bəzi tarixçilər şiəliyin yaranmasının Peyğəmbərin (s) vəfatından sonra xilafət məsələsində meydana gələn fikir ayrılığı ilə bağlı olduğu fikrini irəli sürmüşlər. Başqa sözlə desək, onların fikrincə şiəlik Səqifə hadisəsi zamanı meydana gəlmişdir. Çünki Səqifədə Peyğəmbərin (s) canişinliyi və müsəlmanların gələcək rəhbərliyi məsələsində iki fərqli görüş var idi. Ənsardan olan bir qrup müsəlman Səd ibn Übadənin xəlifə olması təklifini irəli sürdülər. Bir çox mühacirlər isə Əbu Bəkrin xəlifə olması fikrini dəstəklədilər. Bu iki qruplaşma arasında baş verən danışıqlardan sonra müzakirələr ikinci qruplaşmanın xeyrinə tamamlandı. Digər tərəfdən, bu iki qruplaşmaya qarşı olan, aralarında Bəni-Haşim, ənsar və mühacirlər də olan çoxlu sayda insan Əlinin (ə) imam olduğu qənaətində idi. Bunlar Əlinin (ə) şiələri idilər və elə buna görə də şiəlik İslam dünyasında ayrıca bir məzhəb kimi ortaya çıxdı3.



Cavab: Əgər bu versiyada məqsəd şiəliyin İslam dünyasında ayrıca bir məzhəb kimi meydana gəlməsinin Peyğəmbərin (s) vəfatından sonraya, Səqifə hadisəsinə təsadüf etməsidirsə, belə bir nəzəriyyə məqbuldur. İmamətin yazılı və ya şifahi dəlillərinin Peyğəmbər (s) dönəminə aid olmasına baxmayaraq, bir məzhəb kimi meydana gəlməsi o həzrətin (s) vəfatından sonraya təsadüf edir. Bu zaman qeyd olunan versiyada təzadlı bir məqam qalmır. Lakin əgər bu versiyada məqsəd şiəliyin ideoloji köklərinin Peyğəmbər (s) dönəminə deyil, ondan sonraya aid olduğudursa, o zaman bu versiya məqbul deyil.

Əllamə Seyid Möhsün Əmin Amili məlum iki versiyanı xatırladaraq yazır: “Öncəki fəsillərdə diqqətinizə çatdırdıq ki, Peyğəmbər (s) dönəmində bir çox müsəlmanlar Əli (ə) şiəsi hesab edilirdilər. Sonradan imamət məsələsində yaranan fikir ayrılığı zamanı şiəlik üzə çıxdı. Çünki danışıqlar zamanı ənsardan olanlar mühacirlərə dedilər: “Bizdən də, sizdən də (ayrıca) bir rəhbər seçilsin”. Lakin mühacirlər Peyğəmbərin (s) qəbiləsindən olmaları bəhanəsi ilə ənsarın sözünü qəbul etmədilər. Bu danışıqlar Əliyə (ə) çatdıqda Əli (ə) buyurdu: “Əgər mühacirlərin bu istinadı düzgündürsə, o zaman xəlifə biz Bəni-Haşimdən olmalıdır. Əks təqdirdə, ənsarın sözü öz qüvvəsində qalır. Elə oradaca Bəni-Haşimdən olanlar, Əbd əl-Müttəlib xanədanı Əlinin (ə) imaməti (şiəlik) üzərində dayandılar. Mühacir və ənsardan olan bir çoxları da onlara qoşuldular. Mühacirlərin arasında Salman Farsi, Əbuzər Qifari, Miqdad ibn Əsvəd, Əmmar ibn Yasir, Xalid ibn Səid və Büreydə Əsləmi də gözə dəyirdi. Ənsardan isə Əbu əl-Heysəm ibn Təyyihan, Səhl ibn Sabit (Zu əş-şəhadəteyn ləqəbi ilə məşhur olmuşdur), Übəyy ibn Kəb və Əbu Əyyub Ənsari var idi”1 .

Doktor Abdullah Fəyyaz yazır: “Bu görkəmli şəxsiyyətlərin heç bir müqəddiməsiz Peyğəmbərin (s) vəfatından sonra Əlinin (ə) imamətə layiq olduğunu demələrini düşünmək olduqca çətindir. Bir çox səhabənin davamlı olaraq Əlinin (ə) imamətə layiq olduğunu vurğulamaları, buna etiqad bəsləmələri Səqifədə meydana gəlmiş vəziyyətdən doğan ani qərar deyildi. Bunun ideoloji kökləri Peyğəmbərin (s) həyatda olduğu dövrlərə gedib çıxır2.

İbn Qüteybə yazır: “Beyət zamanı Əbuzər yox idi. Mədinəyə daxil olduqda vəziyyətin bu yerdə olduğunu görüb dedi: “Bir şeydə qənaət etdiz və Peyğəmbərin (s) qohumlarını tərk etdiz. Əgər xilafəti Əhli-beytə (ə) tapşırsaydınız, iki nəfəriniz belə ixtilaf etməzdi3.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin