Haqqin iZİ İLƏ


ŞİƏLİYİN ƏRƏBKÖKLÜ OLDUĞUNU ETİRAF EDƏNLƏR



Yüklə 2,22 Mb.
səhifə129/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   125   126   127   128   129   130   131   132   ...   283

ŞİƏLİYİN ƏRƏBKÖKLÜ OLDUĞUNU ETİRAF EDƏNLƏR


Bir çox şərqşünaslar hələ iranlılar İslamı qəbul etməzdən öncə ərəblərin şiəliyi qəbul etdiklərini bildirmişdilər. Bu düşüncədə olan şərqşünasların fikrinə nəzər salaq:

  1. Sərqşünas Julius Wellhausen;

O, yazır: “Şiələrlə iranlıların etiqadi bənzərliyi şübhəsizdir. Lakin şiələrin, bu etiqadı iranlılardan əxz edib mənimsəmələrinə hər hansı bir dəlil yoxdur. Bütün tarixi dəlillər bu iddianın əleyhinədir”3 .

2. Şərqşünas Qoldsiyer;

O, yazır: “Şiəliyin iranlılardan gələn görüşlərdən qaynaqlandığı fikri yanlışdır. Bu fikir tarixi hadisələrin yanlış təhlilindən irəli gələn şayiədir”4 .



3. Şərqşünas Adəm Metz ;

“Şiəlik bəzilərinin düşündüyü kimi iranlı ruhdan doğmamış və İslama zidd deyil. Çünki Ərəbistan yarımadasında Məkkə, Tihamə, Səna kimi böyük şəhərləri çıxmaq şərtilə, digər bölgələr bütünlüklə şiə idilər. Amman, Həcər, Sədə kimi bir çox şəhərlərdə şiələr əhalinin əksəriyyətini təşkil edirdilər. Lakin İranda Qum şəhərindən başqa hər yer əhli-sünnə məzhəbinə mənsub idi. İsfahanlılar Müaviyəni elə şişirtmişdilər ki, bəziləri onu peyğəmbər hesab edirdi”1 .



  1. Şərqşünas Keyb;

İran şəhərlərinin şiəliyin mərkəzi olduğu fikrini irəli sürənlər yanılırlar. Bu əsassız fikirdir. Tarixi dəlillər zərdüştlərin əhli-sünnə məzhəbini qəbul etdiklərini isbat edir”2 .

  1. Şeyx Məhəmməd Əbu Zəhra;

Misirin görkəmli şəxsiyyətlərindən olan Əbu Zöhrə yazır: “İranlılar şiəliyi ərəblər vasitəsi ilə qəbul etmişlər. Şiəlik iranlılar tərəfindən yaradılmamışdır. Çoxlu sayda İslam alimləri şiəliyi qəbul edib öz əqidələrini Əməvi və Abbasilərdən qorumaq üçün Fars və Xorasan kimi müsəlman şəhərlərə hicrət edirdilər. Şiəlik həmin şəhərlərdə onların vasitəsilə yayılmışdır3.

  1. Doktor Əli Hüseyn Xərbutəli.

“Bəzi ərəblər, Əbu Bəkrin xilafəti ələ keçirməsindən sonra şiə oldular”4 .


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin