1. Həsən İbrahim Həsən;
Onun qənaətinə görə, Osman dönəmində yanlış maliyyə siyasəti nəticəsində cəmiyyətdə varlı-kasıb təbəqələri meydana gəldi. Bunun ardınca Mədinə və digər şəhərlərdə üsyanlar baş qaldırdı. Yaranmış vəziyyət insanların Abdullah ibn Səba və tərəfdarlarının dəvətini qəbul etməyə şərait yaratdı3.
2. Əhməd Şibli;
O, bir tərəfdən Osmana qarşı üsyanların səbəbini onun həya və səbri, digər tərəfdən də bunun Abdullah ibn Səbanın təhriki kimi izah edir. Onun fikrincə, İbn Səba müsəlmanlar arasında təfriqə salmış və onları öz fikirlərinə cəlb etmişdir. O, öncə yəmənli yəhudi olub, sonradan İslamı qəbul etdiyinə görə, iranlıların fikirlərini mənimsəmiş və İslam dünyasına ötürmüşdür4.
Maraqlıdır ki, Şibli bu haqdakı fikirlərini alman şərqşünası Karl Bruklimandan əxz etmişdir.
Dostları ilə paylaş: |