2. “Hidayət” ayəsi.
Allah-Taala buyurur:
إِنَّمَا أَنتَ مُنذِرٌ وَ لِكلُِّ قَوْمٍ هَاد
“Sən yalnız (insanları Allahın əzabı ilə) qorxudansan. Hər bir tayfanın bir hidayət edəni (doğru yol göstərəni) vardır”2.
Təbəri səhih sənədlə Peyğəmbərdən (s) nəql edir: “Mən (insanları Allahın əzabı ilə) qorxudan, Əli isə hidayət edəndir (doğru yol göstərəndir). Ey Əli, hidayət olanlar (olmaq istəyənlər) səninlə hidayət olsunlar”3.
Abdullah ibn Əhməd ibn Hənbəl səhih sənədlə Əlidən (ə) bu ayənin təfsiri haqqında belə nəql edir: “Peyğəmbər (s) (insanları Allahın əzabı ilə) qorxudan, mən isə Bəni-Haşimdən olan hidayətçiyəm (doğru yol göstərənəm)”4.
Hibri səhih sənədlə İbn Abbasdan nəql edir: Ayədə “Sən yalnız (insanları Allahın əzabı ilə) qorxudansan” (إِنَّمَا أَنتَ مُنذِرٌ) ifadəsində məqsəd Peyğəmbər (s), “Hər bir tayfanın bir hidayət edəni (doğru yol göstərəni) vardır” (وَ لِكلُِّ قَوْمٍ هَاد) ayəsində isə məqsəd Əlidir (ə)5.
Hakim Nişapuri məlum ayəni izah edərkən səhih sənədlə Əlidən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Allahın rəsulu (s) (insanları Allahın əzabı ilə) qorxudan, mən isə hidayətçiyəm (doğru yol göstərənəm)”6.
Eyni məzmunlu hədisi doqquz səhabə, eləcə də iyirmi dörd əhli-sünnə alimi qeyd etmişdir.
Dostları ilə paylaş: |