Haqqin iZİ İLƏ



Yüklə 2,22 Mb.
səhifə141/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   137   138   139   140   141   142   143   144   ...   283
3. Həsən Fərhan Maliki.

O, Doktor Süleyman Övdənin fikirlərini rədd edərək yazır: "Doktor Süleymanın bütün sözləri ya onun yanlış düşüncələrindən, ya ədəbsizliyindən, ya da bilərəkdən həqiqətləri təhrif etməsindən doğur. O, ən doğru versiyanı seçməli idi. Ona elə gəlir ki, mən ümumiyyətlə Abdullah ibn Səba adlı birinin olduğunu inkar edirəm. Şübhəsiz ki, mən belə bir söz deməmişəm. Mən "ər-Riyaz" jurnalında və ondan öncə dərc olunan yazılarımda qeyd etmişəm ki, Abdullah ibn Səbanın Osman dönəmindəki fitnələrdə geniş fəaliyyətini qəti şəkildə inkar etsəm də həqiqətən belə bir şəxsin varlığı mənə məlum deyildir. Fəqihi özü Seyf ibn Ömərin, Abdullah ibn Səbanın şəxsiyyətini olduğundan böyük göstərdiyini etiraf edir. Lakin onun Seyf ibn Ömərin İbn Səbanın fitnələrdəki rolunu özündən quraşdırdığını etiraf etməyə cəsarəti çatmamışdır. Mən isə deyirəm: “Mənim bu sözlərim yalnız fitnələrlə bağlıdır. Hansı ki, Fəqihinin sözünə əlavə olaraq demişəm. Elə buna görə də Seyf ibn Ömərin Abdullah ibn Səbanın tarixi hadisələrdəki rolunu şişirtdiyi bəzi rəvayətlərinin heç bir etibarı olmadığı qənaətindəyəm. Nəticə etibarı ilə mən Seyf ibn Ömərin İbn Səbanın fitnələrdəki geniş rolu haqqında sözlərini qəti şəkildə rədd edirəm"1.

O, yazır: “Mən İbn Səbanın fitnələrdəki, rolunu qəti şəkildə rədd edirəm. Çünki əlimdəki səhih sənədli rəvayətlər mənə fitnələrin necə meydana gəldiyini tam aydınlığı ilə göstərir. Elə buna görə də Seyf ibn Ömər və fitnələrin necə baş verdiyini onun kimi izah edən yalançı və zəif rəvayətçilərə heç bir ehtiyacım yoxdur. Belələri hadisələri fərqli şəkildə izah etmişlər. İbn Səbanın həqiqətən olub-olmamasını isə hələ araşdırıram.

Şübhəsiz, mənim İbn Səbanın fitnələrdəki rolunu rədd etməm, əslində onunla bağlı hədislərin 95 faizini rədd etməyimdən doğur. Çünki Seyf yolu ilə gəlməyən rəvayətlərdə yalnız Əli ibn Əbu Talib (ə) haqqında "qülüv" edən şəxsdən söhbət açılır.

Süleyman ibn Övdənin məqsədi İbn Səbanın İslamın erkən çağlarında baş verən hadisələrdəki rolunu sübuta yetirməkdir. Əgər o, bunun tam əksinə olaraq İbn Səbanın haqqındakı əfsanələri rədd etmək istəsəydi, tarixin yaddaşında, bir çox ziyalılarda olmayan insaf anlayışını özündə əks etdirən bir fərd kimi qalardı. O, bilməlidir ki, İbn Səbanın fitnələrdəki rolu haqqında nəql olunan rəvayətləri rədd etməsi onun nöqsanına, elmi ləyaqətsizliyinə səbəb olmaz. O, bu məsələdə Şafeiyə əsaslanıb ondan dərs alsın. Çünki onun iki məzhəbi olmuşdur: biri qədim, digəri isə yeni.

Misal üçün, mən əvvəl İbn Səba haqqında söylənilənləri tam olaraq qəbul edir və müdafiəsinə qalxırdım. Sonradan araşdırıb fikrimin tam əksinin düzgün olduğunu gördüm. Bundan başqa Qəqa ibn Ömər adlı birinin səhabə olduğu qənaətində idim. Sonradan bunun yalnız Seyfə gedib çıxdığını gördüm və yanlış olduğunu anladım. Düzgün elmi üsullarda emosionallığa yer yoxdur. Elmi üsullar bizə, yalnız bir nəfər yalançı şəxsin nəql etdiyi rəvayətin qondarma olduğunu qəbul etmək zərurətini aşılayır. Elmi üsullar bizi yalnız heç kimin rəvayət nəql etmədiyi bir şəxs yolu ilə gələn rəvayətlərin zəif olduğunu qəbul etmək zərurəti ilə üz-üzə qoyur. Elmi üsullar yalnız etibarca zəif bir şəxsin nəql etdiyi rəvayətlərin zəif olduğunu göstərir.

Bəzən daxilən bu və ya digər saxta hədisin doğruluğunu düşünürük. Lakin bu daxili hisslər hədisin dəyərləndirilməsində meyar ola bilməz. Yaxud hədisləri qorumaq cəhdlərimiz doğru olmayan hədisləri qorumağımıza əsas verə bilməz. Biz hədislərin sırf hissiyyata qapılaraq saxta, yalan olduğunu qeyd etməzsək, o zaman yanlış hədisləri doğru kimi göstərmiş və böyük bir ixtilafa yol açmış olacağıq. Çünki insanların hissləri fərqlidir. Elmi meyarlar isə hiss, duyğu tanımır. Hissiyyat heç bir zaman elmi meyar olmamışdır. Buna, yalnız sufilikdə "zövq" adlandırılaraq geniş yer verilir.

Əgər Süleyman ibn Övdə Seyf ibn Ömərin bu yalan və uydurmalarını sırf hədis irsinin qorunması məqsədi ilə qəbul edirsə, o zaman digərləri də həmin hədis irsinə zərbə dəyməsin deyə bunu qəbul etməməyi daha məqsədəuyğun hesab edirlər. Təbii ki, ikincilərin tutduğu yol daha doğru nəzərə çarpır.

Əgər Süleyman ibn Övdə Seyfin İbn Səba əfsanəsini qəbul etməyin hansı təhlükələrlə başa çatacağını bilsəydi, (zənnimcə, o, bunu gözəl bilir) qəbul etməzdi. Çünki Seyfin İbn Səba əfsanəsi Bədr səhabələrinin belə Abdullah ibn Səbanın fikirlərini həyata keçirdiklərini göstərir. Biz tezliklə bu əfsanəni qəbul etməyin ziyanlı tərəflərinin xeyirli tərəflərindən çox olduğunu açıqlayacağıq. Elə buna görə də birinci əsrdən günümüzədək gəlib-getmiş elm adamlarının böyük əksəriyyəti bu əfsanəni rədd etmişlər”1 .

O, sözlərinə davam edərək yazır: “Süleyman ibn Əvdə ayrı-ayrı iki məsələni tamamilə qarışdırıb. Bunlardan biri Abdullah ibn Səba adlı birinin ümumiyyətlə olub-olmaması məsələsidir. Doktor Süleyman onun haqqında digərlərinin də rəvayətlərini nəzərə almışdır. Əlbəttə, bu rəvayətlərin məlum müddəanın isbatı üçün yetərli olub-olmaması haqqında geniş tədqiqatlara ehtiyac var. Lakin bu məsələdə fikir ayrılığı azdır.

İkinci və daha mühüm məsələ isə İbn Səbanın fitnələrdəki roludur. Doktor Süleyman bu məsələni yalnız Seyf ibn Ömərin rəvayətlərində tapmışdır. İbn Səbanın fitnələrdəki rolu başlıca məsələdir. Bunu Seyf ibn Ömərdən başqa heç kim dilə gətirməmişdir.

İkinci məsələnin fərqinin daha aydın olması üçün belə bir nümunə göstərək. Misal üçün, siz kimliyi çoxsaylı dəlillərlə sübut olmuş Xalid ibn Vəlidi nəzərdə tutun. Xalid ibn Vəlid haqqında səhih olmayan hər hansı bir rəvayət yoxdurmu? Sizcə Xalid ibn Vəlidin varlığı onun haqqında olan bütün hədislərin doğruluğu deməkdirmi? Belə rəvayətlərin səhih və ya qeyri-səhih olduğu araşdırılmamalıdırmı? Abdullah ibn Səba məsələsi də eynilə belədir. Yəni Abdullah ibn Səbanın sırf var olması, onun haqqında yanlış hədislərin qəbul edilməsinə haqq qazandırmır. Lakin Doktor Süleyman tarixdə həqiqətən İbn Səba adlı birinin yaşadığını qəbul etdiyi üçün onun haqqında hətta bir nəfər yalançının belə söylədiklərini qəbul edir. Bu, bizim meyarlardakı fikir ayrılığımızdır. Bizim hər ikimiz düzgün elmi meyarlara bir daha müraciət etməliyik. Sonra isə məsələyə həmin elmi üsulla yanaşmalıyıq. Bu, daha çox fikir ayrılığına səbəb olacaq zəif tərəfimizdir.

Elə buna görə də keçmiş hədisşünas və tarixçilərimiz fitnədən söhbət açdıqda Abdullah ibn Səbanın adını belə çəkməmişlər. Hətta Doktor Süleyman Seyf ibn Öməri təmizə çıxarmaq üçün istinad etdiyi Zəhəbi və İbn Həcər belə İbn Səbanın fitnələrdəki rolundan söhbət açmamışlar. Öncə də heç bir alimin, mühəddis və ya tarixçinin Abdullah ibn Səbanın Osmanın qətlində hər hansı bir rolundan söhbət açdığına rastlamırıq.

Xəlifə ibn Xəyyatn “Tarix” əsərinə, İbn Sədin “Təbəqat” əsərinə, “səhih”, “sünən”, “müstədrək” və “müsnəd”lərə, ədəbiyyat tarixinə, bioqrafik və s. kitablara müraciət edin. Bu kitablarda İbn Səbanın Osmanın qətlində azacıq rolu olduğunu qeyd etməmişlər. Bu, yalnız Təbəri və digərləri tərəfindən Seyf ibn Ömər yolu ilə nəql edilmişdir. Doktor Süleyman bunu gözəl bilir. Lakin o bu iki məsələni bir-birinə qatmaqda maraqlıolub, onları əsla bir-birindən ayırmır. Çünki onun elmi məqalələrinin çoxu ikinci məsələyə yönəlmişdir. Belə olan halda Doktor Süleymanın “digərləri də İbn Səbadan söhbət açmışlar” fikrini qəbul edərsək belə, bu, onların İbn Səbanın Osmanın qətlində rolu olmasını qeyd etmələri demək deyil. Çünki onlar yalnız Abdullah ibn Səbanın Əli (ə) haqqında "qülüv" etdiyini qeyd etmişlər.

Bütün bunlardan belə bir nəticə əldə olunur ki, birinci məsələ Seyfdən qeyrisi tərəfindən nəql edilməmişdir. İkinci məsələyə gəldikdə isə o, yalnız kiçik bir hissəni, İbn Səba haqqındakı rəvayətlərin yalnız yüzdə beşini təşkil edir. Belə olan halda heç bir əsas olmadan yüzdə beşi yüzdə doxsan beşin isbatı üçün necə əsas tutmaq olar?


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin