Haqqin iZİ İLƏ



Yüklə 2,22 Mb.
səhifə143/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   139   140   141   142   143   144   145   146   ...   283
3. Əhməd Ləvəsani;

O, kitabında İbn Səba əfsanəsinin mahir yəhudilər tərəfindən qondarılaraq İslam tarixinə sızdırılmasını sübuta yetirməyə çalışır. Bu yəhudilər öz məqsədlərini həyata keçirmək üçün zahirdə İslamı qəbul etməyi də uyğun hesab edirlər3.



4. Seyid Mürtəza Əsgəri;

O, bu haqda yazan ilk alim deyil. Lakin bu haqda yazdığı kitabda ətraflı araşdırmış və onun əfsanəvi bir şəxs olduğunu üzə çıxarmışdır. Demək olar ki, o, Abdullah ibn Səba haqqında ayrıca kitab yazan ilk şəxsdir. O, Seyf ibn Ömərin nəql etdiyi bütün rəvayətləri incələyir. Öncə əsasən Təbərinin nəql etdiyi və digərlərinin də ondan götürdükləri məsələni, yəni Abdullah ibn Səbanın Osmanın qətlində rolu olmasının yalnız Seyf ibn Ömərə istinad olunduğunu sübut edir. Sönra Seyf ibn Öməri dəyərləndirərək, onun nəql etdiyi rəvayətləri tarixçilərin böyük əksəriyyətinin nəql etdiyi rəvayətlərlə müqayisə edir və onun daim əksəriyyətə qarşı olduğunu üzə çıxarır. Onun fikrincə, Seyf ibn Ömər daim "xüləfa" məktəbini müdafiə etmiş və İslama, Peyğəmbər (s) və Əhli-beytinə (ə) zərbə vurmağa çalışmışdır. O, bir neçə kafiri səhabə kimi qələmə verərək, onlarla bağlı qondarma hədislər nəql etmişdir. Abdullah ibn Səbanın Osmanın qətlindəki rolu haqqındakı söylədikləri də bu qəbildəndir.

Əllamə Əsgəri əsərinin digər hissəsində rical, hədisşünaslıq və bioqrafik kitablarda Abdullah ibn Səba haqqında qeyd olunanlardan söhbət açaraq, tarixdə belə bir şəxsin olduğu təqdirdə belə onun haqqında deyilənlərin yanlış olduğunu vurğulayır4.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin