Haqqin iZİ İLƏ



Yüklə 2,22 Mb.
səhifə146/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   142   143   144   145   146   147   148   149   ...   283
8. Doktor Əli Verdi;

O, "Vüazz əs-səlatin" əsərində yazır: “Abdullah ibn Səba Əmmar ibn Yasirdir. Qüreyş Əmmarı Osmana qarşı üsyan edənlərin sərkərdəsi hesab edirdi, lakin onun adını açıqlamaq istəməmiş, onun üçün Abdullah ibn Səba və ya əs-Səvda adını seçmişlər. Rəvayətçi və tarixçilər bu hadisəni biri-digərindən nəql edərək qeyd etmiş, lakin həqiqətdən xəbərsiz olmuş, pərdə arxasında nələrin olduğunu bilməmişlər”3 .



9. Doktor Kamil Mustafa Şeybi;

O, "Əs-Silə bəynə ət-təsəvvüf vət-təşəyyö" kitabında yazır: "İbn Səba tərəfdarları Əmmarın rəhbərlik etdiyi firqədir. Çünki Qüreyş ona bu adı vermişdir. Bəziləri onun Əli (ə) ilə bağlı fikirlərini şişirtmiş və Əmmara ağla müvafiq olamayan fikirlər aid etmişlər”4 .



10. Misirli yazıçı Əhməd Abbas Saleh.

O, "əl-Yəmin vəl-yəsar fi əl-İslam" əsərində yazır: "Burada Abdullah ibn Səbanın adı dillərdə dolaşır. Guya o, sonradan İslamı qəbul edən yəhudi olmuşdur. Tarixi kitablarda onu əməlcə şeytanabənzər, Osmanın qətli və digər fitnələrin arxasında olan bir şəxs kimi təsvir etmişlər. Yazıçılar ona qarşı ziddiyyətli mövqelərdə dayanmışlar. Bəziləri ümumiyyətlə belə bir şəxsin olmadığını söyləyir, bəziləri isə onu İslama daxil olan bu və ya digər azğın firqənin yaradıcısı hesab edirlər. Şübhəsiz ki, Abdullah ibn Səba əfsanəvi şəxsdir"5.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin