Haqqin iZİ İLƏ


ABDULLAH İBN SƏBA HAQQINDA ORTAQ MÖVQE



Yüklə 2,22 Mb.
səhifə147/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   143   144   145   146   147   148   149   150   ...   283

ABDULLAH İBN SƏBA HAQQINDA ORTAQ MÖVQE


Fikrimizcə, tarixdə iki Abdullah ibn Səba haqqında söhbət açılmışdır. Bunlardan biri Əli (ə) dönəmində yaşamış, onun (ə) haqqında "qülüv" etmişdir. Digəri isə Osmanın xilafəti dönəmində yaşamış, fitnələrin başlıca təhrikedicisi olmuşdur.

Səhih məlumatlara görə Abdullah ibn Səba Əli (ə) haqqında "qülüv" edir və deyirmiş: "O, Allahdır. Mən isə onun elçisiyəm". Bu tarixi məqamı inkar etmək olmaz və buna lüzum da yoxdur. Çünki Əhli-beyt (ə) yolu ilə nəql olunan səhih rəvayətlərdə bu haqda məlumat verilmişdir.

İmam Səccad (ə) buyurmuşdur: "Yanımda Abdullah ibn Səbanın adı çəkildi. Allah ona lənət etsin, o, çox böyük iddia etdi. Əli (ə) Allahın əməlisaleh bəndəsi, rəsulunun (s) qardaşıdır"6.

İmam Baqir (ə) buyurmuşdur: “Abdullah ibn Səba peyğəmbərlik iddiası etdi. O, Əlinin (ə) Allah olduğunu güman edirdi. Allah bu sözlərdən yüksəkdə durur"7.

İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə deyilir: "Allah Abdullah ibn Səbaya lənət etsin. O, Əlinin (ə) Allah olduğunu iddia etdi. And olsun Allaha, Əli (ə) Allahın müti quludur. Vay olsun haqqımızda yalan söyləyənlərə"1.

Sözügedən hədislərə əsaslanan rical alimləri onun "qülüv" edərək kafir olduğunu söyləmişlər. Şeyx Tusi yazır: "Abdullah ibn Səba "qülüv" edərək kafir oldu".

Əllamə Hilli yazır: "O, "qali" və məlundur. O, Əlinin (ə) Allah, özününsə peyğəmbər olduğunu güman edirdi. Allah ona lənət etsin”2 .

Əbu Davud yazır: “Abdullah ibn Səba "qülüv" edərək kafir oldu”3 .

Lakin Osman dövründə Təbərinin yazdığı kimi Abdullah ibn Səba adlı bir şəxsin olması yanlışdır. Əgər belə bir şəxs olmuşdursa da fitnələrdə onun heç bir rolu olmamışdır.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin