DÖRDÜNCÜ AMİL
FƏZİLƏT AYƏLƏRİ
Burada bir neçə ayəni qeyd edirik:
1. “Dəhr” surəsi;
Allah-Taala Quranda buyurur:
وَ يُطْعِمُونَ الطَّعَامَ عَلىَ حُبِّهِ مِسْكِينًا وَ يَتِيمًا وَ أَسِيرًا إِنمَّا نُطْعِمُكمُْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكمُْ جَزَاءً وَ لَا شُكُورً
“(Onlar) Öz iştahları çəkdiyi, özləri yemək istədikləri halda (və ya Allahın rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə, əsirə yedirərlər. (Və sonra da yedirdikləri kimsələrə belə deyərlər): “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən bu (ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik” (“Dəhr”,8-9).
Otuz bir əhli-sünnə aliminin etirafına görə, bu ayə Peyğəmbərin (s) Əhli-beyti (ə) haqqında nazil olmuşdur. Fəxr Razi “ət-Təfsir əl-kəbir” əsərində sözügedən ayəni şərh edərkən, Qazi Beyzavi “Ənvar ət-tənzil”, Süyuti “əd-Dürr əl-mənsur” kitablarında, Əbu əl-Fida1 və Bağdadi2 öz tarix əsərlərində məlum ayəni həmin şəkildə izah etmişlər.
Dostları ilə paylaş: |