Hicri ikinci əsrdə dünyadan köçmüş Seyf ibn Ömər Təmimi "əl-Fütuh vər-rədd" və "əl-Cəməl və məsiru Aişə və Əli" adlı iki kitab yazmışdır. Bu iki kitab Peyğəmbərin (s) səhabələri kimi adı çəkilən, əslində isə sadəcə qondarma olan adlarla doludur. Kitablarda hadisələr tamamilə təhrif edilmiş, tarixdə baş verməmiş hadisələr belə quraşdırılmışdır. O, müsəlmanlar arasında xurafat yaymış və onların etiqadlarını masqara etmişdir. Növbəti səhifələrdə bunları bir-bir nəzərinizdən keçirəcəyik.