2. “Şira” ayəsi;
Allah-Taala Quranda buyurur:
وَ مِنَ النَّاسِ مَن يَشْرِى نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَ اللَّهُ رَءُوفُ بِالْعِبَاد
“İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allahın rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır! (“Bəqərə”, 207)
İbn Abbas deyir: “Bu ayə Əli (ə) haqqında nazil olmuşdur. Ayənin nazil olması Peyğəmbərin (s) müşriklərin əlindən qaçıb Əbu Bəkrlə birgə mağaraya sığındıqlarında Əli (ə) onun (s) yatağında gecələdiyi zamana təsadüf edir”.
İbn Əbu əl-Hədid yazır: “Bütün təfsirçilər bu ayənin Əli (ə) haqqında nazil olmasına dair yekdil rəyə gəlmişlər. Ayə o həzrətin (ə) Peyğəmbərin (s) yatağında gecələdiyi zaman nazil olmuşdur”3.
On dörd əhli-sünnə alimi məlum ayənin Əli (ə) haqqında nazil olduğunu etiraf etmişdir. Belə elm adamlarından aşağıdakılarını göstərmək olar: Zeyni Dehlan4, Fəxr Razi5, İbn Əsir6, Diyarbəkri7 və başqaları.
Dostları ilə paylaş: |