11. Avam zümrənin diqqətini cəlb etmək üçün yalanların uydurulması;
Seyf ibn Ömər digərlərinin əsla qeyd etmədiyi avambəyənən müharibələrdən söhbət açır. Elə buna görə də onun rəvayətləri bir əsr yarımdan çox yaşamadı. Onun rəvayətlərini ilk nəql edən Təbəri olmuşdur. Həsən ibn Fərhanın qeyd etdiyinə görə, Təbəridən sonra onun rəvayətlərindən yalnız şiələrə qarşı istifadə etmişlər.
O, yazır: "Qeyd etdiyimiz kimi, Seyf ibn Ömər Bəni-Üməyyəni mədh edir və onların müdafiəsinə çalışır. Şiələr Osmanı, onun təyin etdiyi valiləri və Bəni-Üməyyəni qınamaqda çox irəli getmişlər. Şiə müxalifləri Seyfin rəvayətlərini, əməviləri şiələrdən qorumaq üçün dəyərli bir xəzinə kimi dəyərləndirdilər. Ondan sonra Seyfin rəvayətləri əhli-sünnə tərəfindən şiələrə qarşı istifadə olunmağa və beləcə yayılmağa başladı, müasirlərimiz də ona etimad göstərdilər"1.
Dostları ilə paylaş: |