14. Xurafatların təbliği.
Seyf ibn Ömər o rəvayətçilərdəndir ki, əfsanəvi hadisələr uydurur və müsəlmanların etiqadını sarsıtmaq üçün həqiqətləri təhrif edir. Belə rəvayətlərdən bir neçəsinə nəzər salaq:
Zəhərin Xalidə təsir etməməsi hədisi1;
Peyğəmbərlərin (ə) Ömər haqqında bəşarətləri2;
Hüms evlərinin müsəlmanların təkbir deməsi ilə dağılması3;
Peyğəmbərlik iddiasında olan Əsvədə şeytan və ya mələyin vəhy etməsi, ona qeybdən xəbərlər verilməsi və digər möcüzələr aid edilməsi4;
Qoşunun sahildən Daryenə qədər gəmi ilə tam bir günlük yolu suyun üstü ilə piyada getməsi;
Qadisiyyə döyüşündə inəklərin qondarma səhabə Asim ibn Əmr Təmimi ilə səlis ərəb dilində söhbət etməsi.
Cinlərin Qadisiyyə döyüşündə şeir söyləyərək Bəni-Təmim qəbiləsini mədh etmələri;
Səlukiyyənin fəthi zamanı mələklərin Əsvəd ibn Qütbənin dili ilə söhbət etməsi və s. əfsanəvi, uydurma hədislər.
Seyfin uydurma, yalan hədisləri Təbərinin "Tarix" əsəri vasitəsi ilə digər islami kitablara da yol tapmış, hələ də kitablarda qeyd edilir. Belə ki, bu qondarma hadisələri ehtiva edən hədislər yetmişdən çox əhli-sünnə kitabında qeyd edilmişdir. Buraya hədis, tarix, ədəbiyyat və digər qaynaqlar daxildir.
Dostları ilə paylaş: |