Haqqin iZİ İLƏ



Yüklə 2,22 Mb.
səhifə169/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   165   166   167   168   169   170   171   172   ...   283
Dördüncü rəvayət

Əbu Məhəmməd ibn Tavus və Əbu Yəla Həmzə ibn Həsən, Əbu əl-Qasim ibn Əbu əl-Əladan, o, Əbu Məhəmməd ibn Əbu Nəsrdən, o, Xəysəmə ibn Süleymandan, o, Əhməd ibn Züheyrdən, o, Əmr ibn Mərzuqdan, o, Şöbədən, o, Sələmə ibn Küheyldən, o da Zeyddən Əli ibn Əbu Talibin belə buyurduğunu nəql edir. "Mənim olduqca qara olan bununla (Abdullah ibn Səba ilə) nə əlaqəm var? Bir halda ki, o, Ömər və Əbu Bəkrə qarşı idi”.



Cavab: Birincisi, bu öncə qeyd edilən rəvayətdir. Lakin bəziləri bunu Şöbədən nəql edən Əmr ibn Məzruqun açıqlamasına görə iki ayrı-ayrı rəvayət hesab etmişlər. Çünki “olduqca qara biri” sözlərində məqsədin Abdullah ibn Səba olduğunu o söyləmiş, sonrakı cümləni də əlavə etmişdir. Bir halda ki, Əmr ibn Mərzuq xəyalpərəstliklə, olmayan hadisələri uydyrmuqla məşhurdur. Bütün bunlar göstərir ki, bu eynilə həmin rəvayətdir. Sadəcə iki nəfər tərəfindən nəql edidlmişdir. Bunlardan biri Ğundər, digəri isə Əmr ibn Mərzuqdur. Lakin iki nəql arasında fərq bundan ibarətdir ki, Əmr ibn Mərzuq ona Abdullah ibn Səba sözünü izah olaraq artırmışdır. Şübhəsiz, Qundər də Əmr ibn Mərzuq kimi saxta hədis uyduranlardandır. Nəticə etibarı ilə, Əmr ibn Mərzuq mötəbər rəvayətçi deyil. Çünki o, Seyf ibn Ömərdən sonra yaşamışdır. Hər halda, Əmr ibn Mərzuqun açıqlaması dəlil ola bilməz. Çünki onun yaşadığı dövrlə hadisənin baş verdiyi dövr arasında 200 illik fasilə var.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin