Haqqin iZİ İLƏ


VERSİYALAR ARASINDA ZİDDİYYƏT



Yüklə 2,22 Mb.
səhifə172/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   168   169   170   171   172   173   174   175   ...   283

VERSİYALAR ARASINDA ZİDDİYYƏT


Doktor İbrahim Beyzun yazır: "Səbaiyyə firqəsi istər təxəyyülün bəhrəsi olsun, istərsə də həqiqət, hər halda şiəlikdən kənar və ya şiə düşüncələri ilə təzadda olmuşdur3.

İdris Hüseyn Məğribi yazır: "Təəccüb doğuran budur ki, bunlar "vəsiyyət" və "ismət" təfəkkürünü Abdullah ibn Səbaya aid edir və deyirlər: “O, bu iki əqidəni qəbul edən ilk şəxs olmuşdur. O, bunları yəhudi etiqadlarından ilham alaraq İslama ötürmüşdür”. Mən bilmirəm yəhudilər nə vaxt öz peyğəmbərlərinin və onların vəsilərinin məsum olduğu əqidəsində olmuşlar? Bir halda ki, tarixə nəzər saldıqda bunun tam əksini görürük. Yəhudilər ən çox peyğəmbər öldürən ümmətdirlər. Biz onların müqəddəs kitablarında peyğəmbərlərə hörmətsizlikdən başqa bir şey görmürük. Müqəddəs kitabın “Yaradılış” bölməsində həzrət Lutun (ə) şərab içdiyini, məhrəmləri ilə zina etdiyini oxumuruqmu? Yenə orada həzrət Musa və Harunun (ə) haram iş gördüklərinin qeyd olunduğunun şahidi olmuruqmu? Bu, yəhudilərin peyğəmbər və vəsilərinin haqqında etiqad bəslədikləri məşhur "məsumluq"dur. Bu, xristianlığa da sirayət etmişdir. Mən başa düşə bilmirəm ki, bəzilərini "məsumluq" məsələsinin yəhudilərdən götürülməsini təsdiq etməyə vadar edən hansı ağılsızlıq, hansı cəhalətdir?!"1




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin