3. Abdullah ibn Məsud;
Məhəmməd ibn İshaq, "Sirə" əsərində Məhəmməd ibn Kəb Qərəzinin belə dediyini nəql edir: "Osman Abdullah ibn Məsuda Əbuzərin dəfnində iştirak etdiyi üçün qırx şallaq vurdu"7.
Bəlazuri özünəməxsus sənədlə nəql edir: “Osman beytülmalın açarını Vəlid ibn Üqbəyə tapşırdıqda Abdullah ibn Məsud onun vali olmasını pislədi. Bunu eşidən Vəlid Osmana məktub yazıb Abdullah ibn Məsuddun ona qarşı hörmətsizlik etdiyini bildirdi. Məktub Osmana çatan kimi Abdullah ibn Məsudun Mədinəyə qaytarılmasını əmr etdi”1 .
Bəlazuri yazır: "Abdullah ibn Məsud Mədinəyə daxil olanda Osman Peyğəmbərin (s) minbəri üzərində xütbə oxuyurdu. Onu gördükdə dedi: "Bilin ki, sizin aranızda pis canlı var". Abdullah ibn Məsud dedi: "Mən belə deyiləm. Mən Peyğəmbərin (s) Bədr və beyəti-rizvan səhabələrindənəm”. Aişə səsləndi: "Ey Osman, Peyğəmbərin (s) səhabəsi ilə beləmi söhbət edirsən?” Osman onun zorla məsciddən çıxarılmasını əmr etdi. Abdullah ibn زمعه onu yerə yıxdı. Digər bir nəqlə görə Osmanın qulamı onu elə yıxdı ki, qabırğası sındı. Əli (ə) buyurdu: “Ey Osman! Vəlid ibn Üqbənin sözü ilə Peyğəmbər (s) səhabəsi ilə belə danışırsan?2 Sonra həzrət (ə) ayağa durub İbn Məsudu yerdən qaldıraraq evinə apardı. O, Osman tərəfindən ev dustağı edildi. Belə ki, hətta Mədinə ətrafına çıxmağa da ixtiyarı yox idi3. Halbuki Əlidən (ə) Abdullah ibn Məsud haqqında soruşduqda buyurdu: "O, Quran və sünnə elmlərinə yiyələnərək sonuna yetmişdir. Bu elm onun üçün kifayətdir”4 .
Übeydullah ibn Abdullah ibn Ətəbədən nəql edilən rəvayətdə deyilir: "Abdullah ibn Məsud Peyğəmbər (s) sirlərinin sahibidir”5 .
İmam Əli (ə) Abdullah ibn Məsud haqqında buyurmuşdur: "O, Quranı qiraət etmiş, halalının halal, haramının haram olduğunu bilmişdir. O, dinə agah, sünnəyə vaqifdir”6 .
Dostları ilə paylaş: |