4. Kufə müxaliflərinin sürgün edilməsi.
Bəlazuri yazır: "Səd ibn As Osmana məktub yazaraq bildirdi ki, mən Malik Əştər və onun Quran qiraətçiləri kimi tanınan dostları Kufədə olduqları halda oranı idarə edə bilmirəm. Osman cavabında onları Şama sürgün etməyi əmr etdi. Malik Əştərə ünvanladığı məktubda isə yazdı: "Mən sənin nəyisə gözlətdiyini görürəm. Əgər onu aşkara çıxarsan qanın halal olacaq. Sənin bu işlərdən əl çəkəcəyini heç güman etmirəm. Sonunda başına elə bir müsibət gələck ki, ondan sonra sağ qalmayacaqsan. Mənim məktubumu aldığın an Şama doğru hərəkət et".
Səd ibn As Malik Əştəri və onunla həmfikir dostlarını - Zeyd ibn Suhan, Səsəə ibn Suhan, Aiz Təmimi, Kümeyl ibn Ziyad Nəxəi, Cündəb ibn Züheyr Əzdi, Haris bin Abdullah Əvər Həmdani, Yezid Nəxəi, Sabit ibn Qeys, Əsər ibn Haris və başqalarını Şama sürgün etdi. Bunların hamısı Kufə qariləri hesab olunurdular. Şama gəldikdə Müaviyə öncə onlara hörmət göstərdi. Lakin Müaviyə ilə Malik Əştər arasında mübahisə düşdükdə onu həbs etdirdi. Kufədən gələn bu qiraətçilər Əmr ibn Zürarənin qonaqları olduğu üçün o, Müaviyəyə etiraz edərək dedi: "Onu həbs edirsənsə, müdafiə edənlər də tapılacaq". Müaviyə onun da həbs edilməsini əmr etdi.
Müaviyəyə xəbər çatdı ki, şamlılar Malik Əştər və dostları ilə mehriban davranırlar. Buna görə də Osmana belə bir məktub ünvanladı: "Sən öz qövmünü yanlış yola yönəldən insanları mənim yanıma göndərmisən. Mən onların xəlifənin itaətinə qarşı çıxmayacaqlarına əmin deyiləm". Osman Müaviyəyə cavab yazaraq onları Himsə sürgün etməyi əmr etdi. Müaviyə də əmri icra edərək onları Əbd ər-Rəhman ibn Xalid ibn Vəlid ibn Müğeyrənin valisi olduğu Himsə göndərdi”7 .
Dostları ilə paylaş: |