ABDULLAH İBN SƏBANIN SOYKÖKÜ
Şiə və əhli-sünnə qaynaqlarına görə, onun adı Abdullah ibn Səbadır. Lakin Səbanın onun atası və ya əksər Yəmən qəbilələrinin də mənsub olduğu Səba ibn Yəşcüb ibn Yərub ibn Qəhtan olduğu məlum deyil. Bəlazuri "Ənsab əl-əşraf", Zəhəbi "əl-Müştəbəh", Məqrizi "əl-Xütət" əsərində onun Abdullah ibn Vəhəb Səbai olduğu qənaətinə gəlmişlər6. Lakin göründüyü kimi bu tarixçilər Abdullah ibn Səba və Abdullah ibn Vəhəb Rasibi Səbainin eyni şəxs olduğunu güman etmişlər. Çünki onların adı oxşardır.
Tarixi qaynaqlarda və hədislərdə onun ailəsi haqqında hər hansı bir məlumat yoxdur. Lakin Səduq "əl-Etiqadat" əsərində Zürarənin İmam Sadiqə (ə) belə dediyini nəql edir: "Abdullah ibn Səbanın övladlarından bir kişi "təfviz" əqidəsini qəbul edir1”. Tarixçilərin böyük əksəriyyəti onun Yəməndən, Səba qəbiləsindən olduğunu qeyd edirlər. Lakin ibn Həzm onun Hümeyr2, Bəlazuri və Səd ibn Abdullah Əşəri isə Həmdan qəbiləsindən olduğu qənaətində olmuşlar3.
Təbəri "Tarix" əsərində onu Yəmən yəhudisi hesab etmişdir. Lakin Süleyman Övdə "əl-Fərq beyn əl-firəq" kitabında Bağdadidən onun, İraqın Hirə məntəqəsində yaşayan yəhudilərdən olduğunu nəql etmişdir4. Lakin bu, doğru deyil. Çünki onun sözlərini diqqətlə nəzərdən keçirdikdə İbn əs-Səvda dedikdə Abdullah ibn Səbanın nəzərdə tutulmadığını görürük. O, yazır:
"İbn əs-Səvda əslən Hirə yəhudilərindən idi”.
Abdullah ibn Səbanın yəhudi olduğunu göstərən doğru, səhih məlumat yoxdur. Bu yalnız Seyf ibn Ömərin nəql etdiyi rəvayətlərdə özünü göstərir. Hansı ki, onlara əsaslanmaq olmaz.
Dostları ilə paylaş: |