Haqqin iZİ İLƏ



Yüklə 2,22 Mb.
səhifə185/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   181   182   183   184   185   186   187   188   ...   283

SƏBAİYYƏ KİMLƏRDİR?


Təbərinin "Tarix" əsərindən öncə heç bir tarix kitabında Abdullah ibn Səbanın tərəfdarları və səbaiyyə firqəsi haqqında məlumat verilməmişdir. Onlar haqqında çox məlumat verən yalnız Təbəridir. O isə bu rəvayətləri Seyf ibn Ömər və Əbu Mixnəf vasitəsi ilə nəql etmişdir. Bu rəvayətlərdə məlum adla tanınan qruplaşmanın Osman dönəmində, sonra da Əlinin (ə) dönəmindən Müaviyənin hakimiyyəti dövrünədək olan zaman kəsiyində onların nə qədər təhlükəli olduqları qeyd edilir. Təbəri məlum rəvayətləri yalnız Seyf ibn Ömər və Əbu Mixnəf Lut ibn Yəhya vasitəsi ilə nəql etmişdir ki, rical alimləri bu iki nəfərin zəif rəvayətçi olduqlarını qeyd etmişlər. Elə buna görə də o dönəmdə Səbaiyyə adlı bir qruplaşma olduğunu qəbul etmək olmaz. İbn Kəsirin "əl-Bidayə vən-nihayə", İbn Əsakirin "Tarixi-mədinəti-Dəməşq" kitablarında yazdıqlarında isə heç bir sənədə istinad edilməmişdir. Çox güman ki, onlar bunu Təbəridən iqtibas etmişlər.

Ziyad ibn Əbihin Müaviyəyə ünvanladığı və “səbaiyyə” sözü də qeyd edilən məktubu ehtiva edən rəvayət isə "mürsəl"dir2. Çox güman ki, bu rəvayət Əbu Mixnəfə aiddir. Çünki ondan öncəki rəvayətlər hamısı ondan nəql edilmişdir və təbii ki, o, zəif rəvayətçidir. Nəticə etibarı ilə, tarixdə Səbaiyyə adlı qruplaşma olmamışdır.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin