Haqqin iZİ İLƏ


Abdullah İbn Səba şiə qaynaqlarında



Yüklə 2,22 Mb.
səhifə186/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   182   183   184   185   186   187   188   189   ...   283

Abdullah İbn Səba şiə qaynaqlarında


Şiə qaynaqlarında Əhli-beyt (ə) yolu ilə Abdullah ibn Səba haqqında nəql edilən rəvaytlər iki hissəyə bölünür:

1. Əlinin (ə) dönəmində Abdullah ibn Səba adlı bir şəxsin yaşadığını göstərən hədislər;

Belə rəvayətlərdən birinə nəzər salaq: Şeyx Tusi və Səduq Əbu Bəsirdən, o da İmam Sadiqdən (ə) (ataları vasitəsi ilə) Əlinin (ə) belə buyurduğunu nəql edir: "Sizin hər hansı biriniz namazı qurtardığı vaxt əllərini səmaya doğru açsın və dua oxuyarkən üzünün önünə tutsun". Bu zaman İbn Səba soruşdu: “Allah hər yerdə mövcud deyilmi?” Həzrət (ə) dedi:

- Bəli.


- Bəs nə üçün əlimizi səmaya doğru açaq?

- Yaradan Allahın nə buyurduğunu oxumamısanmı? Allah-Taala Quranda buyurur: “Göydə də ruziniz və vəd olunduğunuz şey vardır!” (“Zariyat”, 22)

Əlbəttə, bu rəvayətin sənəd silsiləsində Həsən ibn Raşidin olduğu üçün, o, zəif hesab olunur. Çünki onun “siqə” (etimadlı) olması sübuta yetməmişdir. Digər bir ehtimala görə isə hədisdə adı çəkilən İbn Səbada məqsəd Abdullah ibn Vəhəb Rasibi Səbaidir.

2. Onun, Əlinin (ə) Allah olduğunu iddia etdiyini göstərən rəvayətlər. Bu rəvayətlərə görə, Əli (ə) onu yandırmışdır. Belə rəvayətlərdən bir neçəsinə nəzər salaq:

a) Kəşşi Rical əsərində özünəməxsus sənədlə İmam Baqirin (ə) belə buyurduğunu nəql edir: "Həqiqətən, Abdullah ibn Səba peyğəmbərlik iddiası edirdi. O, güman edirdi ki, Əli (ə) Allahdır. Əli (ə) bunu eşitdikdə onu çağırtdırdı. Ondan bu məsələ haqqında soruşdu. O, deyilənlərin düz olduğunu etiraf edib dedi: “Sən mən deyən adamsan. Mənim qəlbim sənin Allah olduğunu deyir. Mən də sənin peyğəmbərinəm”. Əli (ə) ona buyurdu: “Vay olsun sənə! Şeytan səni təsiri altına salmışdır. Anan sənin üçün əza saxlasın! Tövbə et”. O, tövbə etməkdən imtina etdi. Həzrət (ə) onu həbs etdi və tövbə etməsi üçün üç gün vaxt verdi. Lakin o, yenə tövbə etmədiyi halda həzrət (ə) onu yandırdı və buyurdu: “Həqiqətən, şeytan onu özünə cəlb etmişdir. Elə buna görə də onu təsiri altına alır və bu sözləri dilə gətirir”.

Lakin bu rəvayət zəif hesab olunur. Çünki onun sənəd silsiləsində Məhəmməd ibn Osman Əbdi və Abdullah ibn Səbanın atası Sənan kimi zəif rəvayətçilər var1.

b) Kəşşi özünəməxsus sənədlə Abdullahdan İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Peyğəmbərin (s) adından yalan danışan, onu təkzib etməyə çalışan, Allah adına yalan danışan Abdullah ibn Səba idi"2.

Bu rəvayət də sənəd silsiləsində Məhəmməd ibn Xalidin olduğu üçün zəif hesab edilir. Çünki o, rical kitablarında “siqə” (etibarlı) rəvayətçi kimi göstərilməmişdir.

c) Kəşşi özünəməxsus sənədlə Hişam ibn Salimdən İmam Sadiqin (ə) Abdullah ibn Səbanın Əli (ə) haqqında Allahlıq iddiası etməsi ilə bağlı söhbət edərkən belə buyurduğunu nəql edir: "O, Əli (ə) haqqında belə iddia etdikdə həzrət (ə) onu çağırtdırıb tövbə etməsini tələb etdi. İmtina etdikdə isə yandırdı"3.

d) Kəşşi özünəməxsus sənədlə Əban ibn Osmandan İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Allah Abdullah ibn Səbaya lənət etsin! O, Əlinin Allah olduğunu iddia edirdi. And olsun Allaha! Əli (ə) Allahın müti bəndəsi idi. Haqqında yalan söyləyənlərə vay olsun! Bəziləri bizim haqqımızda özümüzün demədiyimiz sözləri deyirlər. Onlardan Allaha pənah aparırıq!"4

e) Kəşşi özünəməxsus sənədlə Əbu Həmzə Sümalidən Əli (ə) ibn Hüseynin (ə) belə buyurduğunu nəql edir. Allah haqqımızda yalan danışanlara lənət etsin! Mən Abdullah ibn Səbanı xatırladım və məni heyrət bürüdü. O, çox böyük iddia etmişdir. Allah ona lənət etsin! And olsun Allaha! Əli (ə) Allahın əməlisaleh bəndəsi və Peyğəmbərin (s) qardaşı idi. Əli (ə) yalnız Allaha və rəsuluna (s) itaəti nəticəsində kəramət sahibi olmuşdur. Peyğəmbər (s) də yalnız Allaha itaəti nəticəsində kəramət sahibi olmuşdur”5.

Son üç rəvayət sənəd baxımından səhihdir və tarixdə həqiqətən də Abdullah ibn Səba adlı bir şəxsin olduğunu və Əli (ə) haqqında "qülüv" etdiyini göstərir. Lakin bu rəvayətlərdə onun yəhudi olması, Osmanın qətlində iştirak etməsi göstərilmir. Əgər bütün bunlar doğru olsaydı, İmam (ə) onu məzəmmət edərkən onlardan da söhbət edərdi.

ə) Məclisi də nəql etdiyi geniş bir rəvayətdə Əlinin (ə) Abdullah ibn Səbanın yandırılmasına toxunduğunu qeyd edir6. Lakin bu rəvayət, məzmunundan əlavə, sənəd silsiləsində Musa ibn Ətiyyə və Həsən ibn Əhməd Əzrəqin olduğu üçün zəifdir. Çünki bu iki rəvayətçinin kimliyi məlum deyil. Rical kitablarında onlar haqqında hər hansı bir məlumat verilməmişdir. Bundan başqa, hədisin sənəd silsiləsində "siqə" olduğu sübuta yetməyən Abbas ibn Fəzl də mövcuddur. Bu hədisi Əmmar Sabati heç bir vasitə olmadan imamdan (ə) nəql etmişdir. Rəvayətin sənədi Əmmar Sabatidən sonra davam etmədiyi üçün ona əsaslanmaq olmaz.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin