İmam Hüseyndən (ə) təsirlənmə
Şiəliyi qəbul edənlərə ən çox təsir bağışlayan imamlardan biri İmam Hüseyndir (ə). Buna səbəb onun başına gələn hadisələr, Aşura faciəsidir. Əgər şiələr bu hadisədən lazımınca yararlana bilsələr, bütün bəşəriyyəti qəflət yuxusundan oyadıb şiəliyə yönəldə bilərlər.
Şeyx Züheyr əl-Həssun yazır: “Mən Romada Vatikan kitabxanası ilə tanış olmağa getmişdim. İslamla bağlı kitablar bölməsində İmam Hüseyn (ə) haqqında mindən çox əlyazma və çap edilmiş əsər gördüm. Kitabxana müdirindən bu haqda soruşdum. O, dedi: “Vatikan rəhbərliyi son dövrlərdə dünya miqyasında şiəliyin geniş yayıldığını, bir çox görkəmli şəxsiyyətlərin Əhli-beyt (ə) məzhəbinə qucaq açdıqlarını müşahidə edirlər. Onlar araşdıraraq buna səbəb kimi İmam Hüseynin (ə) məzlumluğu amilini gördülər. Elə buna görə də dünyanın dörd bir yanındakı səfir və nümayəndələrinə İmam Hüseyn (ə) haqqında çap edilən bütün əsərləri toplamağı tapşırdılar ki, xristianlığın təbliğində həmin metoddan istifadə edərək həzrət İsanın (ə) məzlumluğunu önə çəksinlər”.1
Dostları ilə paylaş: |