Rəfz nədir və rafizi kimdir?
Tədqiqə ehtiyacı olan terminlərdən biri də “rəfz” və “rafizi” sözləridir. Tarix boyu İslam firqələri öz müxaliflərini əzmək, sıradan çıxarmaq üçün müxtəlif adlardan istifadə etmişlər. Təəssüflər olsun ki, Əməvilər dönəmində kütlənin məlumatsızlığı, hakim dairənin siyasəti nəticəsində bu metod geniş yayılmışdır. “Rəfz” və “rafizi” sözləri də belə terminlərdəndir. Bir çox müəlliflər şiəliyi belə adlandırmışlar.
Rəfz sözünün leksik və terminoloji mənası
Rəfz sözü ərəb dilində “tərk etmək” mənasını ifadə edir. Nəyisə tərk edənə rafizi deyilir.
Tarix və kəlam alimləri arasında bu sözün bir termin kimi hansı mənaları ifadə etməsi haqqında fikir ayrılığı var:
Bəzilərinə görə, “rəfz” sözü bir termin kimi vəhyi tərk edib mifologiyaya, fetişizmə (büt-pərəstliyə) üz gətirmək mənasını ifadə edir. Başqa sözlə desək, “rəfz” yenidən cahiliyyət dəyərlərini qəbul etməkdir. Bu sözü Abdullah ibn Səba adlı birinə aid edirlər. Guya o, Əli ibn Əbu Talibi peyğəmbər (s) hesab edir və bu ideya ilə İslam dinini tərk edirdi.
“Məqalat əl-islamiyyin” kitabında deyilir: “Onları rafizi adlandırdılar. Çünki dini tərk etdilər”.
Bəzilərinə görə, “rəfz” və “rafizi” ifadələri h. q. 122-ci ildə Zeyd ibn Əli dönəmində işlənməyə başlamışdır. Bağdadi yazır: “Zeydiyyə məzhəbini rafizi adlandırırdılar”1.
Fəyyumi yazır: “Rafizilər bir qrup Kufə şiələridirlər. Onları belə adlandırırdılar. Çünki onlar Zeyd ibn Əlini səhabələrə nalayiq sözlər demədikdə tərk etdilər. Lakin o, Əbu Bəkr və Ömərə qarşı çıxmadı. Sonralar bu termin məlum məzhəbdə ifrat edərək səhabələrə lənət oxuyanlar haqqında işlədilməyə başladı”.1
Bu versiya doğru deyil. Çünki tarixçilər Zeyd ibn Əli hərəkatı haqqında yazarkən bu məsələyə toxunmamışlar. Onlar yalnız kufəlilərin onu tək qoyduqlarını, beyətə vəfa qılmadıqlarını qeyd etmişlər. Kufəlilər bundan öncə də vəfasızlıqla məşhur olmuşlar. Çünki onun babası Hüseyni (ə) də tək qoymuşdular.2
Dostları ilə paylaş: |