Rafizi sözünün əhli-sünnə qaynaqlarına yol tapması
Bəni-Üməyyə, Bəni-Abbas və digər yanlış düşüncəlilər daim şiələri, Əhli-beytin (ə) imamətinə etiqad bəsləyənləri rafizilikdə ittiham etmişlər. Lakin təəccüblü olsa da ittiham etmələri ilə yanaşı şiə rəvayətçilərindən hədis nəql etmişlər. Misal üçün, əhli-sünnə hədisşünasları altı səhih kitabın bir qrup rəvayətçilərini rafizilikdə ittiham etmələri ilə yanaşı onlardan hədis də nəql edirlər. Bu, onları ədalətli, etimadlı hesab etdiklərini göstərir. Nümunə üçün bir neçə rəvayətçinin adını çəkmək olar: