18. Əli ibn Zeydi Timi Bəsri (h. q. 129);
Yəqub ibn Şeybə onunn etibarlı rəvayətçi olduğunu bildirmişdir.13 Yəzid ibn Zürəy onu rafizi kimi vəsf etmişdir.14 İbn Ədi onu şiəlikdə ifrat edən hesab etmişdir.15 Buna baxmayaraq, onun rəvayətləri “Səhihi-Müslim”16, “Sünəni-Əbu Davud”17 , “Sünəni-Tirmizi”18 və “Sünəni-İbn Macə”də19 nəql olunmuşdur.
19. Əmmar ibn Züreyq Kufi (h. q. 195);
Zəhəbi onun etimadlı olduğunu bildirmişdir.20 İbn Hibban onu etibarlı rəvayətçilər sırasında qeyd etmişdir.21
Süleymani onu rafizilərdən hesab edir.22 Buna baxmayaraq, onun rəvayətləri “Səhihi-Müslim”23, “Sünəni-Əbu Davud”24, “Sünəni-Nəsai”25 və “Sünəni-İbn Macə”də26 nəql olunmuşdur.
20. Əmr ibn Sabit Bəkri (h. q. 172);
İbn Həcər və Əbu Davud onu rafizilikdə ittiham etmişlər.1 Buna baxmayaraq, onun rəvayətləri “Sünəni-Tirmizi”2 və “Sünəni-Əbu Davud”da3 nəql olunmuşdur.
21. Əmr ibn Həmmad Qənnad (h. q. 22);
Əbu Hatəm onu düz danışan, Məhəmməd ibn Abdullah Həzrəmi isə etibarlı hesab etmişdir.4 Acüri deyir: Əbu Davuddan Əmr ibn Həmmad ibn Təlhə haqqında soruşdum. Dedi: “O, rafizilərdəndir”.5 İbn Həcər onun rafizi olduğunu bildimişdir.6 Zəhəbi onu düz danışan rafizi adlandırmışdır.7 Buna baxmayaraq, onun rəvayətləri “Səhihi-Müslim”də8, və “Sünəni-Əbu Davud”da9 nəql olunmuşdur.
Dostları ilə paylaş: |