25. Musa ibn Qeys;
İbn Həcər onu düz danışan6, Yəhya ibn Muin isə etimadlı hesab etmişdir.7 Əqili onun rafizilikdə qülüv edən olduğunu bildirmişdir.8 Buna baxmayaraq, Əbu Davud “Sünən” əsərində ondan hədis nəql etmişdi.9
26. Mina ibn Əbu Mina Qurəşi;
İbn Hibban onu etibarlı rəvayətçilərdən hesab etmişdir.10 Buna baxmayaraq, İbn Həcər demişdir: “O, rafizilikdə ittiham olunmuşdur”.11 Tirmizi “Səhih” əsərində ondan rəvayət nəql etmişdir.12
27. Nasih ibn Abdullah Kufi;
Həsən ibn Saleh onu yaxşı kişi adlandırmışdır.13 Zəhəbi onu ibadət edənlərdən hesab etmişdir.14 Əqili onun rafizi olduğunu bildirmişdir.15 Buna baxmayaraq, onun hədisləri “Sünəni-Tirmizi”də yer alımışdır.16
Dostları ilə paylaş: |