Hədisin məzmununda mövcud olan qüsurlar
Məlum hədisin sənəd silsiləsində mövcud olan qüsurları araşdırdıqdan sonra onun məzmununun, şiələrlə yəhudilər arasındakı oxşarlıqlarına tənqidi baxış keçirəcəyik.
Birinci bənzərliyin tənqidi
Onun iddiasına görə rafizilər İslam dinini öz rəğbətləri ilə qəbul etməmişlər. Onların İslamı qəbul etməkdə məqsədləri ona daxildən zərbə vurmaqdır. Buna görə də Əli (ə) onları yandırmış və ya digər şəhərlərə sürgün etmişdir. Bunlardan biri Abdullah ibn Səbadır. O, Yəmənin Səna bölgəsindən idi. Əli (ə) onu Sabata sürgün etdi.
Cavab: Birincisi, əgər hədisdə məqsəd Abdullah ibn Səbanın tərəfdarlarıdırsa, onlar nə şiə, nə də rafizi olmuşlar. Əgər məqsəd on iki imamlı şiələrdirsə, Əli (ə) onları yandırmamış və ya sürgün etməmişdir. Çünki onlar İmam Əlinin (ə) həqiqi tərəfdarlarıdırlar.
İkincisi, on iki imamlı rafizi şiələrin müsəlmanlara zərbə vurmaq məqsədi ilə İslamı qəbul etmələri iddiası yanlışdır. Şiəlik heç bir zaman belə bir məqsəd daşımamışdır. Əgər bu və ya digər məsələnin isbatı üçün sırf iddia yetərlidirsə, eyni iddianı biz də onlara qarşı səsləndirə bilərik.
Dostları ilə paylaş: |